Tır sürücülərimiz 10 aydır ki, Gürcüstan sərhədində çarəsiz vəziyyətdədir. 6 aydır uşağım olub üzünü görə bilməmişəm (VİDEO)

06, 03, 24
13:15

Tır sürücülərimiz 10 aydır ki, Gürcüstan sərhədində çarəsiz vəziyyətdədir. 6 aydır uşağım olub üzünü görə bilməmişəm (VİDEO)

10 aydır ki, 4 nəfər həmyerlimiz tır sürücüləri Gürcüstanın Batumi şəhər keçid məntəqəsində qalıblar, onların durumu olduğca acınacaqldır. 

"Azərbaycan Reallığı"na video müraciət göndərərək aidiyyatı qurumlardan kömək istəyiblər, sürücülər bildirir ki, idarə etdikləri tır maşınlarına sport malı adından yükləmə olub baxış zamanı isə, həqiqətən branjlet olduğu məlum olub, yükləmədən isə xəbərmiz olmayıb. 

Bizim onu araşdırmaq səlahiyyətmiz  yoxdur, çünki yüklənilən zaman əşyalar xüsusi qablarda olub.

Türkiyə sərhədini keçib Gürcüstan sərhədində isə  bizi saxladılar.

10 aydır bizi burada saxlayırlar heç kim saxlanılma səbəbini dəqiq demir. Vəziyyətmiz dözülməz həddədir günlərimizi bir qarını ac bir qarını tox keçiririk, gecələri isə maşında gecələyirik.

Sürücülərin birinin qardaşı 1 aydır vəfat edib yasına gedə bilmədi. Digərinin 6 aydır uşağö olub üzünü belə görməyib, evdə körpə uşaqlar ailəmiz bizim yolumuzu gözləyir.

Mağazalara hərəmizin 5-6 min manat borcu yığılıb, burada olduğmuz müddətdə ərzaq alıb yemişik, aidiyyatı qurumlardan xüsusəndə ölkə başçısından xahiş edirik ki, səsimizə səs versinlər, bizi bu acınacaqlı durumdan xilas edin, deyə sonda Tır sürücüləri bildirib.

"Azərbaycan Reallığı" sözü gedən geniş videoreportajı təqdim edir.  

Bizimlə əlaqə saxlayın