"MƏNZƏRƏ" restoranında soyğunçuluğ: 5 fincan çay, 3 paxlava, 1 şüşə "Sirab"a görə hesab - 117 manat... (FOTOFAKT)

09, 03, 24
17:14

"MƏNZƏRƏ" restoranında soyğunçuluğ: 5 fincan çay, 3 paxlava, 1 şüşə "Sirab"a görə hesab - 117 manat... (FOTOFAKT)

Artıq paytaxtımızda bəzi restoranlarda sözün əsl mənasında desək vəziyyət həqiqətən acınacaqlıdır. Hansısa qonağın restorana getmək arzusunda olanda qorxu-həyəcan içində olursan ki, görəsən nə qədər hesab alacaqlar? 

Bir sözlə təşviş içində olursan. Vəziyyət o həddə çatıb ki, restorana getmək üçün "Azpulmat"dan kredit götürmək belə kifayət etmir.

"Azərbaycan Reallığı" xəbər verir ki, sosial şəbəkələrdə "MƏNZƏRƏ" restoranında paylaşılan ödəniş çeki sosial şəbəkə istifadəçilərinin böyük tənqidlərinə səbəb olub. Belə ki, Səbail rayon "Dağustu Park" ərazisində yerləşən restoran 5 fincan çay, 3 paxlava, 1 şüşə "Sirab"a görə müştərisindən 107 manat hesab alıb. Bununla kifayətləməyən restoran 10 manatdan artıqda servis haqqıda ala bilib.
Qeyd edək ki, son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən restoranlar, xüsusən də gecə saatlarında işləyən müsiqili əyləncə məkanları haqqında fantastik qiymət artımı barədə olan narazılıqlar pik həddədir. Ölkənin millət vəkiləri, ictimai-siyasi şəxsləri dövlət qurumlarına çağırışlar edərək bu tip süni qiymət artımlarının qarşısını almağa çağırır.

"Azərbaycan Reallığı" yazıda adı çəkilən qarşı tərəfində mövqeyini tanıyır

Bizimlə əlaqə saxlayın