Zaur Baxşəliyevin “Bizimləsən” verilişindən güc mərkəzlərinə şikayət olundu

13, 03, 24
21:30

Zaur Baxşəliyevin “Bizimləsən” verilişindən güc mərkəzlərinə şikayət olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının I Vitse-Prezidenti xanım Mehriban Əliyevaya

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri cənab Fuad Ələsgərova

Azərbaycan Respublikasını Baş Prokuroru cənab Kamran Əliyevə

Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya Abşeron rayonu Saray Qəsəbə Ərazi Dairəsi, Saray qəsəbəsi, fərdi yaşayış evi ünvanında yaşayan Canıyeva Şahsənəm Ağaddin qızı tərəfindən

 SiKAYƏT


Mən - Canıyeva Şahsənəm Ağaddin qızı yazaraq Sizə bildirmək istəyirəm ki, mən “ATV” televiziyasından, orada yayımlanan “Bizimləsən” verilişindən və verilişin aparıcısı Zaur Baxşəliyevin heç bir əxlaqa sığmayan hərəkətlərindən şikayətçiyəm.

Belə ki, televiziyada (“ATV” telekanalında) 20 iyun 2023-cü tarixdə yayımlanmış, “Bizimləsən” adlı verilişdə (müsahibədə) müğənni Musayeva Nüşabə Sabir qızı heç bir təsdiqedici məlumatlara malik olmadığı halda mənim, yəni Canıyeva Şahsənəm Ağaddin qızının ünvanına qarşı təhqiredici və alçaldıcı ifadələr işlətməklə mənim şərəf və ləyaqətimi alçaltmışdır.

Həmin verilişin aparıcısı Zaur Baxşəliyev başda olmaqla qonaq qismində verilişə çağırılmış şəxslər mənim şəxsi və ailə həyatımı müzakirə mövzusuna çevirmişlər.

“ATV”telekanalında yayımlanan sözügedən verilişdə müğənni Musayeva Nüşabə Sabir qızı tərəfindən barəmdə heç bir həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli ifadələr səsləndirilməklə mənim şərəf və ləyaqətim alçaldılmış, verilişiniştirakçıları tərəfindən mənim şəxsi həyatım müzakirə mövzusuna çevrilmişdir.

Qeyd edim ki, həmin verilişə mənim qohumlarım, yaxınlarım, dost-tanışlarımvə məni tanıyan insanlar baxmışlar və orada mənim və şəxsi həyatım barədə həqiqətəuyğun olmayan təhqiredici və böhtan xarakterli ifadələrin səsləndirilməsinin şahidi olmuşlar.

İnsan hüquqlarının ən yüksək səviyyədə qorunduğu ölkəmizdə televiziyavasitəsilə hər hansı bir şəxsin razılığı olmadan şəxsi həyatının müzakirə olunması və yahər hansı şəxsin şərəf və ləyaqətinin alçaldılması yolverilməzdir.

Televiziyakanallarında bu cür mental dəyərlərə zidd olan verilişlərin yayımlanması dövlətimizinimicinə zərər verməklə yanaşı, qanunvericiliklə qorunan insan hüquqlarının kobudşəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Kosntitusiyasının 46-cı maddəsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi hüququ təsbit olunmuşdur.

Həmin maddənin 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsiyyətin ləyaqətidövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılnasına əsas verəbilməz.

Görünüdüyü kimi, “ATV” telekanalında ali qanunvericiliyimizdə nəzərdətutulmuş insan hüquqları kobud şəkildə pozulmaqla istənilən hər hansı bir şəxsbarəsində istənilən mövzu ilə bağlı müzakirələr aparılır, şəxslərin şərəf və ləyaqətialçaldılır.

Nəzərinizə çatdırım ki, adıçəkilən verilişdə dəfələrlə hər hansı şəxsin şəxsi vəya ailə həyatının müzakirə olunmasının, şəxsin şərəf və ləyaqətinin alçaldılmasınınşahidi olmuşam.

Televiziyada bu cür mövzuların müzakirə olunması Konstitusiyamızın və insanhüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır və heç bir əsas olmadan hərhansı şəxs barəsində cəmiyyət arasında mənfi fikirlərin yaranmasına səbəb olur.

Mənim artıq 60-a yaxın yaşım var və məni tanıyan yüzlərlə insan var. Barəmdə televiziya vasitəsilə bu cür yalan və həqiqətə uyğun olmayan məlumatların yayılması məndə mənəvi utanc hissi yaratmaqla, qohumlarım, dost tanışlarım, həmçinin mənitanıyan bütün insanların arasında etibarımın, şərəf və ləyaqətimin ciddi şəkildəzədələnməsinə gətirib çıxarmışdır.  

Nəzərinizə çatdırmaq istəyirəm ki, mən qeyd olunan verilişə baxdıqdan sonra mənim səhhətimdə ciddi problemlər yaranmışdır və mən artıq intihar həddinə çatmışam. Mənim şərəf və ləyaqətimi alçaltmaqla şəxsi həyatımı müzakirə edən şəxslərdən şikayətçiyəm.

Çox təssüf ki, bu cür verilişlərin yayımlanması hələ də davam edir və hüquq-mühafizə orqanları buna hələ də göz yumur. Bildirirəm ki, televiziyalarda mental dəyərləri tapdalayan və insan hüquqlarını, şərəf və ləyaqətini alçaldan verilişlərin dayandırılması mütləqdir.

Xahiş edirəm, yuxarıda qeyd etdiyim xüsusatları nəzərə almaqla “ATV”telekanalı, orada yayımlanan “Bizimləsən” verilişinin təşkilatçıları və mənim şərəf və ləyaqətimi, şəxsi həyatımı müzakirə mövzusuna çevirən şəxslər barəsində ciddi tədbir görəsiniz.

Imza: Canıyeva Şahsənəm Ağaddin qız

Əlaqə nömrəsi (050) 6488907 Şahsənəm

Bizimlə əlaqə saxlayın