Gənc başçının müğənni Vəfa Şərifovaya "Öpüş Jesti" onu bitirə bilər - VİDEO

23, 03, 24
15:00

Gənc başçının müğənni Vəfa Şərifovaya "Öpüş Jesti" onu bitirə bilər - VİDEO

Bir neçə gün bundan öncə müğənni Vəfa Şərifova İsmayıllı rayonunda keçirilən bayram şənliyində səhnədən tamaşaçıların arasına enən Şərifova üçün izdiham yaranıb. Rayon icra başçısının müğənniyə göndərdiyi "Öpüş" konserti izləməyə gələn tamaşaçıların diqqətindən yayınmayıb.

"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə şomen başçının bu dırnaqarası bu "jest"i yuxarı dairələri narahat etməyə başlayıb, hətta buna görə gənc başçı sərt şəkildə tənbeh olunub.

Nahid Bağırov ölkədə etimad göstərilən yeni icra başçılarından biridir amma onun Vəfa Şərifovaya etdiyi hərəkətlər ciddi şəkildə qınanılıb və karyerasına ciddi zərbə vurub. Onun bu hərəkətinə görə vəzifəsini də itirəcəyi kimi iddialı məlumatlar gəzir.

4 Apreldə 45 yaşı tamam olacaq gənc icra başçısı İsmayıllı rayonuna təyin edildikdən sonra adının mediada kifayət qədər qalmaqallarda hallandığını görmək olar. 

Bir sözlə ismayıllılar üçün heç də uğur gətirəcək kadrlardan biri kimi yadda qalmayıb.

Bizimlə əlaqə saxlayın