Xocalı şəhərində Şəhidlər Xiyabanı salınır

27, 03, 24
15:30

Xocalı şəhərində Şəhidlər Xiyabanı salınır

Xocalı şəhərində Şəhidlər Xiyabanı salınır.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov məlumat verib.
 
Onun sözlərinə görə, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq.
 
“Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”, - Şahmar Usubov qeyd edib.

Bizimlə əlaqə saxlayın