Cəmiyyətə tərbiyəsizlik nümayış etdirən "gəncliyə" "dur"-deyən tapılacaq? - Hüquq-mühafizə orqanları onları tənbeh etməldir

31, 03, 24
15:48

Cəmiyyətə tərbiyəsizlik nümayış etdirən "gəncliyə" "dur"-deyən tapılacaq? - Hüquq-mühafizə orqanları onları tənbeh etməldir

Azərbaycanın 3-cü prezidenti Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Hər kəs dahi şəxsiyyətin bu sərəncamına hörmətlə yanaşır, elə həmin gecə ölkədə fəaliyyət göstərən bir çox əyləncəli-musiqili məkanlar fəaliyyətin dayandırır, bir sözlə, sahibkarlar gəlir imkanlarından imtina edirlər.

Amma çox təsüflər olsun ki, özlərini Şhou-Biznes nümayəndələri sırasında görmək istəyənlər (onlara müğənni deməkdə heyifdir) bir sürü ailə tərbiyyəsi almayan dırnağ arası oxuyançı gənclər elə həmin gecə özlərinə təntaraqlı məclis təşkil ediblər. Onlar bu tərbiyəsizliyi ölkənin kənarında yox, elə məhz Azərbaycanın paytaxtı olan Bakı şəhərində yerləşən kafelərin birində ediblər.

Əslində onların kimlikləri də bizlərə məlumdur, sadəcə dünəndən sosial şəbəkə paylaşımlarında nəsil-köklərini söydürənlərin adlarını nüfuzlu saytmızda yazıb reklam etməyi özmüzə yaraşdırmadıq. 

Kafelərin birinin kobinetində özlərinə məclis təşkil edib, orasın-burasın oyundan üz qaraları haqqında inanırıq aidiyyəti qurumlar hər hansısa tənbeh tədbiri görəcəklər. 

Biz bu yazını kimlərinsə sifarişi ilə yazmırıq, görüntülərdə görünən gənclərlə də hər hansı şəxsi qərəzliymiz yoxdur. Sadəcə ölkənin gələcək nəsilləri sizlərdən loru dildə desək axmaq nümünə götürməsin deyə sizləri cəmiyyətə olduğnuz kimi təqdim edirik.

Valideyinlər sizlər kimi dırnağ arası övladlar böyütməsin deyə bu addımı atırıq. Azərbaycan gəncliyi məhv olmasın deyə sizin kim olduğnuzu göstəririk.

Sonda xalq şairi Səməd Vurğunun bir sözü yadmıza düşdü: "Tarix pis üznüzə tüpürəcək!"

Ümid Kərimbəyli

Bizimlə əlaqə saxlayın