"Blissland Tornado" adlı Restoranda həci qanunları - Ağsaqqal özünü Adnan Oktara bənzədir

12, 04, 24
12:06

"Blissland Tornado" adlı Restoranda həci qanunları - Ağsaqqal özünü Adnan Oktara bənzədir

15-20 il bundan öncə Hacı adı gələndə gənc nəsildən tutmuş yaşlı nəsilə kimi hər kəs bu ada böyük hörnətlə yanaşardı. Çünki bu titul müqqədəs titillardan hesab olunurdu. Amma zamanla bu ad öz qüdrətini itirdi.

Səmimi desək insanların dilində satirik anlama çevirildi. Loru dildə desək indi həcisi olmayan müğənniyə də, əks cinsin nümayəndəsinə də bəzən adamlarda pis baxırlar.

İndi sizə söhbət açaq Bakıxanov rayon Ramiz Qəmbərov küçəsi-2A ünvanda yerləşən "Blissland Tornado" restoranından, məkanın Hacı Samir adlı rəhbəri var.

Müəllim maşallah olsun az qala 847 il həbs cəzası alan Türkiyə aktıyoru Adnan Oktardan heç də geri qalmır. Deyilənə görə kobnetinə 10-15 müğənnini yığır. Eyni Adnan Oktar kimi başlayır öznü və restoranını tərifləməyə.

Həci bəzən haqqdan-ədalətdən, dindən-imandanda danışır. Amma dildə deyir əməldə həci tam başqa şeydi.

Mügənniyə deyir, çıx 5-6 mahnı oxu görək səhnəni coşdura bilirsənmi, növbəti proqrama səni ödənişli edəcəyik. Müğənni oxuduqdan sonra Həci növbəti əməlini təkrar edir.

Necə deyərlər, arada Məşədibaba qazanır, hambal işləyir. Ardınca müğənni ilə əlaqə saxlayır, deyir səni filan tarixdə filan saatda proqrama yazdım gəl.

Özüdə Həci mügənnilərin prodüserləri ilədə danışmır, belə baxanda duz də eləyir, yaşlı adamdır, prodeser səsinə qıcıqlanması zadı var. 

Həmçinin verdiyi vədə müğənni məkanda olur art direktor deyir siz səhnədə yoxsunuz, arada anlaşılmamazlıq yaranır. Müğənni Həciyə zəng edəndə Həci cavab vermir. Xanım müğənni də kor-peşman geri qaydır. 

Ay Həci, bəs düşünmürsən bir xanım ora gəlməyə hazırlaşır, maşınla gəlir bunlar hamsı puldur axı. Bir xanımı aldadıb onun hisiyyatı ilə oynamaqın cəzası dində də yaxşı olmur.

Onuda əlavə edək ki, sözü gedən "Blissland Tornado" restoranından son vaxtlar internet üzərindən axtarış etsək kifayət qədər şikayətlərə rast gəlmək olar.

Hesab edilir adiyyəti məhsul qurumlar bu məkan haqqında ciddi araşdırma aparsa məqsədə uyğun olar.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın