"Baboşu" bahalı "Gelandewagen"lə görməyə gələn tanınmış iş adamı danışdı - VİDEO

27, 04, 24
22:00

"Baboşu" bahalı "Gelandewagen"lə görməyə gələn tanınmış iş adamı danışdı - VİDEO

Bu gün "Azərbaycan Reallığı" İnformasıya Agentliyində "Baboşu bahalı "Gelandewagen"lə görməyə gələn şəxs barəsində cinayət işi başlanılıb - VİDEO" başlıqlı yazda adı hallanan iş adamı Emin Hüseyinov saytımıza video-açıqlama göndərib. O barəsində deyilənləri şər-böhtan adlandırıb.

"Saytlar məndən yazıb ki, guya məni həbs ediblər, mənimlə bağlı cinayət işi başlanılıb. Belə bir hal yoxdur, hər şey qaydasındadır. Gördüyünüz kimi öz işimin başındayam.

Allah dövlətimizi və prezidentimizi qorusun. Mənim üçün narahat olanlara da, olmayanlarada təşəkkür edirəm. Mənimlə niyə qərəzçilik aparırlar anlamıram. Yəqin irəli gedənə çamur atmaq istəyirlər. Buna baxmayaraq hamınızı salamlayıram işlərniz uğurlu olsun!"  

Qeyd edək ki, Emin Hüseynov Gəncədən olan xeyriyyəçi iş adamlarından biri kimi tanınır. O yaşadığı Gəncə şəhərində böyük nüfuza malikdir.

Sosial durumu ağır olan Şəhid və Qazı ailələrinə maddi və mənəvi dəstək olub amma nədənsə video çıxışında "Baboş"la bağlı məsələyə aydınlıq gətirməyib

Bizimlə əlaqə saxlayın