Sumqayıt şəhər icra hakimiyyətinin baş memarı Adil Xudadatova məxsus "Pine Park Restoranda" narazlığ - Qanunlara üz çeviriblər

05, 06, 24
17:00

Sumqayıt şəhər icra hakimiyyətinin baş memarı Adil Xudadatova məxsus "Pine Park Restoranda" narazlığ - Qanunlara üz çeviriblər

Vəzifə bəzi şəxslərə ona görə verilir ki, xalqa layiqincə xidmət etsinlər. Amma çox təəsüflər olsun bəzi şəxslər bu vəzifələrdən istifadə edərək özlərinə və yaxın ətraflarına müəyyən şəraitlər yaradırlar.

Uzun müddətdir adı ölkə mediasından düşməyən, adı müxtəlif qalmaqallarda hallanan, bu vaxta kimi gözün üstündə qaşın var deyilməyən Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdüri və baş memarı vəzifəsində çalışan Adil Xudadatova məxsus olduğu bildirilən Sumqayıt şəhəri Nəsimi parkında yerləşən "Pine Park Restaurant"nı barəsinə "Azərbaycan Reallığı" redaksıyasına daxil olan məlumatda bildirilir ki, sözügedən restoranda süni qiymət artımı ilə bağlı şikayətlər bitib-tükənmək bilmir.

Dünyada iqdisadiyyat böhranı tuğyan etdiyi bir vaxtda bundan istifadə edən bəzi işbazlar da var. Bir neçə gün bundan öncə "Pine Park Restaurant"da restoranda qonaq olan bir neçə müştəri restoranın laqeytsizliyindən şikayətləniblər.

Onlar ilk öncə bildirir ki, restoranda müştəriyə təqdim olunan qiymət olduğca fantastik dərəcədə bahadır, hələ üstəlik qiymətə görə təqdim olunan qidalar çox keyfiyyətsizdir.

Qulluq səviyyəsi olduqca aşağıdır, pos-terminal hesab ödəmək istəyəndə posterminal olmadığını bildirirlər. Restoranın təmizlik sistemi olduğca aşağı səviyyədədir, oturacaq stol-stollar bərbad vəziyyətdə və.s kimi problemlər bitib tükənmək bilmir.

Qida Təhlükəsizlik Agentliyi bilmirəm bu restoranda son dəfə nə vaxt yoxlama keçirdib amma yolüstü bu məkana da baş çəksə pis olmaz. 

"Azərbaycan Reallığı" olaraq ümüdvarıq ki, bu yazımızdan sonra aidiyyəti qurumlar məsələni nəzarətə götürəcək

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq  

Bizimlə əlaqə saxlayın