“Kontakt Home”un xidmətləri sıfırdır” – Müştəridən şikayət

27, 06, 24
13:00

“Kontakt Home”un xidmətləri sıfırdır” – Müştəridən şikayət

Şikayətim “Kontak Home”dandır. Xidmətləri sıfırdır. Üstəlik çox məsuliyyətsiz şəbəkədir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri sosial şəbəkədə “Kontakt Home”dan məhsul aldığı üçün peşman olan müştəri Elvira Atakişiyeva yazıb. O bildirib ki, 17 gündür aldıqları kondisioneri gəlib quraşdırmırlar:

“09.06.24 tarixində “Kontakt Home”dan kondisoner almışam. Bu günə qədər hələ də gəlib quraşdırmayıblar. Zəng edirəm, deyirlər, araşdırma gedir. Sanki cinayət araşdırırlar. Bütün işçilərinə eyni sözü əzbərlədiblər, araşdıma gedir. Çox məsuliyyətsiz maşennik şəbəkədir”. (Tribunainfo.az)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın