Məhkəmə tanınmış media nümayəndəsinin saytının fəaliyyətinə xitam verdi - Kütləvi aksiyaya start verilir
Məhkəmə tanınmış media nümayəndəsinin saytının fəaliyyətinə xitam verdi - Kütləvi aksiyaya start verilir
Bu gün Şəki Apellyasiya məhkəməsində Xeberal.Az saytının Media İnkişafı Agentliyi adlı qurumun Media Subyektinin və onun redaksıyasının fəaliyyətinin xitam verilməsi barədə iddiasına baxılıb. Məhkəmə iddiaçının iddiasın təmin edib.
lkin stansıya qərarı ilə razlaşmayan sözügedən xəbər portalının baş redaktoru Mirismayıl Xələfli bildirir ki, qərardan Bakı Alı Məhkəməyə şikayət verəcək. Bu media və dövlətçiliyə vurulan zərbədir.
Daxili məhkəmələrdən istədiyimiz qərarı ala bilməsək bu işi Avropa Məhkəməsinə kimi davam etdirəcəyik. Ayın 18-də isə Şirvan Apeliyyasıya məhkəməsində Millitv.az saytına qarşı 19-da isə "Azərbaycan Reallığı"na qarşı Medianın İnkişafı Agentliyinin eyni məzmunlu şikayətinə baxılacaq
Qeyd edək ki, "Medianın İnkişafı Agentliyi" tərəfindən müstəqil media subyektlərinin bloklanması istiqamətində başlanmış prosesə etiraz olaraq, 18 iyul 2024-cü il saat 12:00-da media nümayəndələri mətbuat konfarsı keçirəcək daha sonra isə kütləvi aksiyalara başlanması barədə bu həftə qərar veriləcəyik gözlənilir