Media trollarının "Don Kixot"luq sevdası - Onlar simalarını necə dəyişdilər?

20, 07, 24
09:00

Media trollarının "Don Kixot"luq sevdası - Onlar simalarını necə dəyişdilər?

Sabah ölkəmizdə" Milli Mətbuat Günü" qeyd olunacaq. Milli Mətbuatımızın yaranmasının 149 – illiyi münasibət ilə Media İnkişaf Agentliyi tərəfindən müstəqil media faliyyəti ilə məşğul olan media subyektlərinin bağlanması üçün məhkəmə instansiyalarına edilən müraciətlər müstəqil media nümayəndələrinə Media İnkişaf Agentliyinin dırnaqarası hədiyyəsi oldu.

Qey etmək istəyirəm ki, Azərbaycan Milli Mətbuatı yarandığı gündən daima təziqlərə məruz qalsa da bu günümüzə qədər yaşamış, yaratmış və öz sözünü demişdir.  

Zaman-Zaman yaranmaqda olan milli mətbuatımız istər Car Rusiyası vaxtı, istər sovet dönəmində, istərsə də müasir dövrdə daima inkişafda olub və bundan sonra da müasir texnologiyalar vasitəsilə  öz inkişafını davam etdirəcək. Əgər 15-20 il bundan əvvəl televiziya, radio və nəşr mətbuatının faliyətini tənzimləmək və məhdudlaşdırmaq imkanları mövcud idisə, bu günümüzün əsas reallığı odur ki, yuxarıda qeyd etdiyim   TV - lər özləri belə internet üzərindən faliyyət göstərməyə məhkum ediliblər.

Bu da onun göstəricisidir ki, Beynəlxalq qanun və qaydalarla fəaliyyət göstərən Sosial Media artıq şüur texnalogiyası üzərində formalaşmağa başladığı bir vaxtda Media İnkişaf Agentliyinin müstəqil mediaya qarşı başlatdığı bloklama kampaniyasına trolluq edən Don Kixot sevdasında olan media trolları nəyi dəyişmək və nəyi dayandırmaq istəyirlər?

Müstəqil medianın bloklanması üçün dəridən-qabıqdan çıxan, bu gün Media İnkişaf Agentliyindən böyük qrantlar alan istər Aynur Camalqızı Publika.az saytı, istər Aydın Quliyevin rəhbəri olduğu Bakı-xeber.com  və  Qafqazinfo.az saytları aldıqları təlimata əsasən müstəqil faliyyətlə məşqul olan media qurumlarını qeyri-peşəkarlıqda ittiham edirlər.

Publika.az və Qafqazinfo.az saytlarının ofislərinin olub olmamasından bir xəbərim yoxdur. Amma Aydın Quliyevə gəldikdə onu demək istəyirəm ki, o da Azərbaycan Nəşriyatında ofis kirayəliyib, biz də Millitv olaraq ofis kirayələmişik. Onu da qeyd edim ki, bizim ofisimizdə özümüzə görə normal, rahat şəkildə işləmək üçün bütün imkanlar mövcütdur. 

Bir də bu trollara sual vermək istəyirəm ki, jurnalist peşəkarlığını siz necə muəyyənləşdirirsiz? Məsələn: Aynur Camalqızı barədə onu deyə bilərəm ki, yaxın keçmişdə adam hakimiyyətə barışmaz mövqedə dayanmışdı, elə  düşünürdü ki, Qərb onları hakimiyyətə gətirəcək və o dövrdə hakimiyyətdə olan Ulu Öndər Heydər Əliyevə qarşı nə qədər kəskin danışsa, ona o qədər böyük vəzifə verəcəklər. Aynur sonradan sədaqətlə tənzim etdiyi İsa Qəmbərin hakimiyyətə gəlişini sadəcə xəyal olduğunu gördükdə 380 dərəcə simasını dəyişərək deputat oldu.

Aydın Quliyevə gəldikdə , ara-sıra nəşriyyatda üz-üzə gəldikdə görüşürük, salamlaşırıq, hal-əhval tuturuq. Aydın Quliyev  özü də vaxtilə kəskin müxalif yazar olub. Onun da adı o, illərdə hakimiyətə qarşı radikallığı ilə seçilən Rəsul Quliyevlə bir çəkilirdi , hətda aldığım məlumata görə"Bakı xəbər" qazetinin  bütün maliyə xərcləri Rəsul Quliyev tərəfindən ödənilirdi. Ümid edirəm ki, sonradan kimin necə, hansı formada dəyişməsi hər bir jurnalistin  bu günə qədər yaddaşından silinməyib.

Əlbətdə ki, həmişə dövlətin yanında olmaq lazımdır çünki bu dövlət bizimdir, vətənimizdir, dövlətimizdir hər birimizin istənilən bir problemi yarananda üzümüzü dövlətə, prezidentə tuturuq. Amma insan elə iş tutmalıdır ki, üzünü dövlətə tutanda onun simasının rəngi təyin edilə bilsin. Keçmişini  üzünə üzünə vuranda utanmasın- Əgər o hissi itirməyibsə.

Bu gün müasir texnalogiyanın ən yüksək bir məqamı olan Şuur texnalogiyası sayəsində üzünü 5G texnalogiyasını dəstəkləyən smartfon telfona , Notbuka tutduqda xüsusi proqram üzərindən düşüncəndə formalaşdırdığın istənilən yazı məqalə və video materyalların hazırlayacaq poraqramın içtimayətə təqdimatının olunacağı bir vaxtda bəzi media trolları Don Kixotluq edərək zamanı geriyə fırlamaq istəyirlər.

Mənim isə bu cür media mənsublarına məsləhətim odur ki, Dünyanın sürətələ inkişaf etdiyi bir vaxtda kiminsə xoşuna gəlmək üçün vaxtı ilə hamsısa bir məqsədinizə çatmaq üçüm üz çevirdiyiniz əqidə daşlarınız olan şəxslər kimi indidə üzünüzü iztəməsəz belə həmkar olduğunuz insanlara qarşı çevirməyin ki, sabah simasının dəyişkən sima olmasını üzünə deməsinlər. (Millitv.az)

Bizimlə əlaqə saxlayın