Neftçalada Tənzilə Rüstəmxanlının seçicilərlə görüşünə rayona adiyyəti olmayan adamlar gətirilir - BİYABIRÇILIQ

25, 08, 24
17:06

Neftçalada Tənzilə Rüstəmxanlının seçicilərlə görüşünə rayona adiyyəti olmayan adamlar gətirilir - BİYABIRÇILIQ

Ölkədə keçiriləcək növbədənkənar seçkilər VI çağırış Milli Məclis seçkiləri ilə bağlı demək olar ki, təbliğat-təşviqat konpanıyası yekunlaşmaq üzrədir.Bəzi partiya sədirləri xalqın rəğbətini qazana bilməyəcəyin bilib, illərdir tutduqları postu əldən vermək istəmirlər.

Öz yerində kimisi qızını, kimisi oğlunu kimisi isə həyat yoldaşını görmək istəyir.Bu da istər cəmiyyət arasında istər sosial şəbəkələrdə birmənalı qarşlanmır. Hətta bəziləri namizədliyini irəli sürdüyü dairədə seçici kütləsi yığa bilmədiyini bilərək, seçkidə namizədə adiyyəti olmayan adamları avtobuslarla namizədin görüşünə gətirirlər.

Neftçala 70 saylı seçki dairəsindən namizədiliyini irəli sürmüş Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlı 24 Avqustda Neftçala rayon Olimpiya Mərkəzində seçiclərlə görüşü zamanı sosial şəbəkələrə diqqət etsək Bakıdan xeyli sayda insanlar xususi avtobuslarla rayona aparılmşdır.

Maraqlısı da odur ki, bu şəxslərin arasında xeyli sayda sayt redaktorlarda var. Maraqlı odur ki görəsən Bakıdan aparılan insanların 1 Sentyabrda keçiriləcək seçkilərdə Tənzilə Rüstəmxanlıya nə aydiyyəti var? 

Maraqlı tərəflərdən birdə budur ki Tənzilə xanım Vətəndaş Həmrəyliyi Partiyasının sədiri Sabir Rüstəmxanlının həyat yoldaşdır. Bu vaxta kimi isə sözü gedən rayonun deputatı Sabir Rüstəmxanlı olub,həyat yoldaşını isə rayonda yenidən öz yerinə deputat etməyə cəht göstərməsi, rayonun camaatı tərəfindən birmənalı qarşlanmır.  

Sosial şəbəkələrdə yazılanlardan, vətəndaşların rəylərindən belə qənaətə gəlmək olur ki, Neftçala sakinləri Tənzilə Rüstəmxanlının millət vəkili olmasını istəmir və ciddi şəkildə buna qarşıdırlar. Hətta rayonda “Təşviqat kampaniyası çərçivəsində Rüstəmxanlının posterlərini adiyyəti olmayan yerlərə vurulduqu üçün rayon camaatının təpkisi nəticəsində portretlər vurulan yerlərdən sökülmüşdür. Lakin narazlıqlar bununlada bitib-tükənmək bilmir.

Tənzilə xanım ona məxsus olan "TikTok" "Facebook" "İnistgram" sosial şəbəkə hesabına rayonla bağlı etdiyi paylaşımlarda Neftçalalılar tərəfindən tənqid atəşinə tutulur. Bunu görən namizəd Tənzilə Rüstəmxanlı ayıq tərpənərək, çarəni şərh bölmünü bağlamaqda görüb.

Xanım namizəd bilməldir ki, elin gözü tərəzidir. Saxtakarlıq etməklə, şərhləri bağlamaqla nəticə əldə etmək olmaz. 2-3 Şəhid anasını yanına salıb, öz murdar oyunlarınıza alət etməyin. Deputat mandatı almaq üçün Şəhid analarının adından istifadə etməyin.

Bizimlə əlaqə saxlayın