Tarqovidə "PERRON HOTEL"də istənilən virusa yoluxmaq olar - ŞOK İTTİHAM

28, 08, 24
12:00

Tarqovidə "PERRON HOTEL"də istənilən virusa yoluxmaq olar - ŞOK İTTİHAM

Hotel və hostellərin çox olmasını təbii ki, ölkənin inkişafı üçün müsbət dəyərləndirmək olar, qiymətlərin isə normal olması ölkəmizə üz tutan xarici turistlərə və qonaqlara hər zaman xoş təəsüratlar bağışlayıb, amma çox təəssüflər olsun ki, bu məkanlardan bəzi işbazlar, sahibkarlar sui-istifadə edir. 

"Azərbaycan Reallığı"na müraciət edən vətəndaş bildirir ki, paytaxt bakının mərkəzində "Tarqovi" adlanan Nəsimi rayon ərazisi Tərlan Əliyarbəyov 4 ünvanda yerləşən "PERRON HOTEL"də gördüyümüz mənzərə sözün əsil mənasında adamı dəhşətə gətirir. 12 saatı 50-60 manata təklif edilən otaqlarda insan qalmağa peşman olur.

Bir neçə gün qalsan hansısa virusa yoluxacağın istisna hal deyil. Otaqda antisanariya baş alıb gedir. Yatacaq pastellər ləkə-ləkə, bərbad halda otaqın sanitar qovşaqı və hamam danışılası deyil. Üfünət iyi insanın ağlın başından alır, divarlar elə haldadır sanki müharibədən çıxmış hansısa şəhərin obyektinə bənzəyir.

İydən otaqda yatılası deyil. Bir gecə qalası olduq, gecəni səhər saat 6-ya kimi hotellə üz-üzə olan Mojo klubda keçirdik demək olar. Ondan sonra 2 saat yata bilməyib hoteli tərk etdik. Həqiqətən tarqovinin düz mərkəzində belə bir yerin olması ağlımıza belə gəlməzdi. Biz bir dəfə yanılıb bu məkana üz tutduq, ümidvarıq siz yanılmayacaqsız. 

Günü-gündən inkişaf edən xarici turistlərin üz tutduğu paytaxt bakının mərkəzində belə halın olması həqiqətəndə biabırçılıqdır. Ümidvarıq bu tənqidimizdən sonra aidiyyəti qurumlar məsələ ilə bağlı araşdırma aparacaq, məsələni kökündən həll etməsinə köməklik göstərəcək 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Bizimlə əlaqə saxlayın