Bu şəxslər “1xbet” kimi tanınan online qumar oyunlarını reklam edir - Ölkəyə milyonlarla pullar bu yolla daxil olur

12, 09, 24
10:30

Bu şəxslər “1xbet” kimi tanınan online qumar oyunlarını reklam edir - Ölkəyə milyonlarla pullar bu yolla daxil olur

Ölkəmizdə “at oynadan”, vətəndaşlarımızı cibinə girərək, onların hətta ailələrini dağıdan online qumar oyunları yenidən öz fəaliyyətlərini aktiv şəkildə davam etdirməyə başlayıblar. 

“1xbet” kimi tanınan online qumar şirkəti demək olar bütün qumar şirkətini geridə qoyub ölkəmizdə sosial şəbəkələrə diqqət yetirsək bu şirkəti reklam etməyən səhifə çox azdır.

Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə bu qumar şirkəti ay ərzində reklam üçün Azərbaycana müxtəlif yollarla milyonlarla pul göndərir. Millyonlar TRC-20 adreslə göndərilir, daha sonra göndərilən pullar qara bazarda nağdlaşdırılaraq qumarı reklam edən səhifə adminlərinin "m1O" hesabına göndərilir.  

Reklam verən şirkət menecerləri isə törətdiyi qanunsuzluq və cinayət əməlləri ifşa edilməsin deyə dırnağarası çirkin əməllərini xarici ölkələrdən "Telegram" platformasında davam etdirirlər. Xüsusən də Ukrayna ölkəsində fəaliyyətdədilər. 

"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, Ukranyada bizim ölkə ilə işləyən əsas menecer "Telegram" sosial şəbəkəsində "@beny1x" kimi tanınan şəxsdir 
Onun isə kimliyi və şəxsiyyəti haqqında dəqiq məlumat yoxdur amma informasıyalı mənbənin sözlərinə görə adı çəkilən şəxs Ukryna dilində danışır və yazır. Bu səbəbdəndə onun Ukrayna vətəndaşı olması inandırıcıdır.  

"Telgram" şəbəkəsində "@beny1x" kimi tanınan şəxsin əsas köməkçilərindən biri məlum olub Qumar reklamının ödənişlərin edən səhifə adminləri ilə yazışan demək olar əsas vasitəçilərdən biri həmin şəbəkədə eyniadlı kanalın sahibi olan şəxsdir.

Həmin şəxs isə Azərbaycan dilində danışıb yazışa bildiyi üçün onun Azərbaycan vətəndaşı olması istisna hal deyil. Hətta bəzi iddialara görə onun Azərbaycanda olduğu deyilir. 
Ümüdvarıq ki, bu şəxslərin tapılması istiqamətində hüquq-mühafizə orqanları lazımı olan əməliyyat tədbirlərini həyata keçirəcək, ölkəni qumarxanaya çevirən şəxslər qanun qarşısında cavab verəcəklər.  

Araşdırmamız davam edir  

Bizimlə əlaqə saxlayın