Mübariz İbrahimovun anasının ölüm xəbəri yalan çıxdı

12, 11, 18
15:17

Mübariz İbrahimovun anasının ölüm xəbəri yalan çıxdı


Bu gün sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anasının vəfat etməsi ilə bağlı xəbər yayılıb. 

Məlumatda M.İbrahimovun anası Şamama xanımın Biləsuvarda rəhmətə getdiyi bildirilib. Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunun Əliabad qəsəbəsində yaşayan yaxınları ilə əlaqə saxladıq, yayılan xəbərin yalan olduğunu bildirdilər. “Şamama xanıma şükürlər olsun ki, heç nə olmayıb, səhhəti də normaldır”. deyə bildirdilər.

Sözügedən xəbər, eyni zamanda, sosial şəbəkələrə istinadən Azerbaycanrealligi.com saytı və Azərbaycan Reallığı səhifəsində yayılmışdı. Yalnış məlumata görə oxucularımızdan və Mübariz İbrahimovun ailəsindən üzr istəyirik.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın