Mərd Azərbaycan xanımı Nigar Ögedayın alovlu etirazına dəstək oluruq, Ermənistan torpaqlarından məqsədyönlü şəkildə türklərin təmizlənmə siyasətinə "Yox!" deyirik.

23, 12, 18
19:58

Mərd Azərbaycan xanımı Nigar Ögedayın alovlu etirazına dəstək oluruq, Ermənistan torpaqlarından məqsədyönlü şəkildə türklərin təmizlənmə siyasətinə "Yox!" deyirik.


Bu gün türklərin qədim yurdu bu gün Ermənistan adlanan torpaqlardan zorla və kütləvi şəkildə sürgün edildikləri gündür. 23 dekabr 1948-ci il Mikoyanın hazırladığı və Stalinin imzaladığı qərarla İrəvan xanlığı ərazilərindən soydaşlarımız zorla deportasiya olunublar. Azerbaycanrealligi.com xəbər verir ki, bununla bağlı Türkiyədə yaşayan tanınmış yazar Nigar Ögeday bununla bağlı facebook sosial şəbəkəsində kiçik bir video-çarx hazırlayaraq böyük türk dünyasına müraciət edib. O, hazırkı Ermənistan torpaqları olan İrəvan xanlığı torpaqlarından olduğunu, babalarının məzarlarının düşmən tapdağında qaldığını, bütün nəslinin o yerlərdən sürgün edildiyini dilə gətirib:

"Bildiyimiz kimi Stalinin imzaladığı məlum qanlı qərar beş il davam edib. Bu iyrənc siyasət sovetlər birliyinin o zamankı rəhbəri Stalinin ölümüylə durdurulsa da, aradan 40 il sonra, yəni 1988-ci ildə başa çatdırıldı. Əslində, Stalin və Mikoyanın məqsədi 1960-cı ilə qədər qədim türk yurdunu türksüzləşdirmək idi. Bir sözlə, ermənilər 40 il sonra türklərsiz Ermənistan arzularına qovuşdular." "1948-dən başlayan sürgün təkcə insanlarımıza qarşı deyildi, eyni zamanda, bu torpaqlardakı tariximizə, mənəvi dəyərlərimizə, mədəniyyətimizə qarşı da bir soyqırım idi", - deyən Ögeday ermənilərin qondarma soyqırım deyərək dünyanı ayağa qaldırdığı 1915-ci il təhcir qərarının bir soyqırım olmadığını vurğulayarak  "Soyqırım 1948-53-cü illərdə türklərə qarşı həyata keçirilən  təhcir qərarıydı. Bu gün Ermənistanda 1 türk yoxdur. Türkiyədə isə milyonlarla erməni yaşayır. Elə bunun özü çox şey deyir".

Nigar Ögeday

N.Ögeday, həmçinin, bu günlə bağlı olan tarixə nəinki dünyanın, həm də türk dünyasının belə ögey münasibətindən də gileylənib. Xanım yazar 1948-ci il Krım tatarları, Ahıska türkləri və İrəvan türklərinə qarşı həyata keçirilən sürgün və soyqırım siyasətini xatırladaraq "nədənsə Kırım tatarları və Ahıska türkləriylə bağlı danışılsa da, İrəvan türklərinə tətbiq edilən bu faciəni kimsə dilə gətirmir. O isə eyni zamanda, bir-birinə yaxın yerlərdə türklər oxşar faciəni yaşayıb. Ermənilərin xətrinə dəyər deyə kimsə bizim yaşadığımız faciəni anmaq istəmir. Sosial şəbəkələrdə belə bir cümlə yazmırlar. Təbii ki, bu ögey münasibət bizim canımızı acıdır. Türk türkə fərq qoymamalıdır. Hamımız qardaşıq. Bilirəm, ermənilərin dövləti həm Azərbaycanda, həm də dünyada fəaliyyətinə görə aktivdir. Bu məsələnin də gündəmə gəlməsindən çox narahatdırlar. Amma nə olursa-olsun, biz Ermənistan türklərinin yaşadıqlarını mütəmmadi dilə gətirməliyik. Bunların gələcək planlarına balta vurmaqdır. Mənim torpaqlarımın üzərində dövlət quran erməniyə heç bir zaman dövləti olmadığını xatırlatmayacağımıza qədər, biz çox torpaqlar itirəcəyik," - deyə qeyd edib. Nigar xanım son olaraq hər kəsə müraciət edərək bütün dostların bu sürgün və soyqırım qərarını gündəmdə saxlayaraq 70 il öncə başladılan köçürülmə, türklərdən təmizləmə siyasətini qınamağa çağırıb.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın