yuxarı
Azərbaycanda xanım jurnalist polis tərəfindən saxlanılıb
14, 01, 19
18:28
Azərbaycanda xanım jurnalist polis tərəfindən saxlanılıb
Müstəqi jurnalist AZEL.TV-in baş redaktori hal-hazırda inzibati həbsdə olun Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova şəhərin mərkəzində Sahil bağında sosial sorğu keçirərkən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Azerbaycanrealligi.com-a daxil olan məlumata görə xanım jurnalist 39-cu polis bölməsində saxlanılır. Ona qarşı inzibati protokol tərtib edilib. Məsələ ilə bağlı DİN mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zəngimizə cavab verən olmadı. Sevinc Sadıqovaya məxsus mobil telefon isə söndürülüb.
Azerbaycanrealligi.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək