Bələdiyyə seçkiləri demokratik və azad rəqabət mühitində keçirililib - KXCP

31, 01, 25
09:00

Bələdiyyə seçkiləri demokratik və azad rəqabət mühitində keçirililib - KXCP

29 Yanvar 2025 - ci ildə Azərbaycanda keçirilən Bələdiyyə seçkilərində, Klassik Xalq Cəhbəsi Partiyası öz namizədləri ilə iştirak etmişdir. 

Namizədlərin qeydə alınması zamanı heç bir namizədə süni əngəllər yaradılmamış və bütün namizədlər qeydə alınmışdır. 

Seçki qanunvericiliyinə uyğun olaraq namizədlərə  təbliğat - təşviqat işləri aparmaq üçün bütün imkanlar yaradılmışdır. 

Namizədlərə təbliğat - təşviqat işləri aparmaq məqsədilə açıq və qapalı görüş yerləri ayrılması ilə bərabər, məhəllədaxili görüşlərin keçirilməsində də, heç bir maneə yaradılmamışdır.

Səsvermə günü digər müşahidəçilər də məntəqələrdə seçkinin gedişini canlı şəkildə izləmişlər. 

Klassik Xalq Cəhbəsi Partiyasının 112  nəfər müşahidəçisi seçkiləri məntəqə və dairələrdə canlı izləmişdir. 

Səsvermə məntəqələrində seçicilərin, qanunauyğun, rahat şəkildə səsverməsi üçün hər cür şərait yaradılmışdır. 

KXCP yuxarıda qeyd edilənləri nəzərə alaraq, 29 Yanvar 2025 - ci ildə Azərbaycanda keçirilən Bələdiyyə seçkilərini təhlükəsiz, demokratik və azad rəqabət mühitində keçirildiyini bəyan edir.  

KXCP Mətbuat xidməti :  30.01.2025 - ci il. 

Bizimlə əlaqə saxlayın