Mehman Hüseynov azadlığa çıxdı

02, 03, 19
11:41

Mehman Hüseynov azadlığa çıxdı


Azerbaycanrealligi.com xəbər verir ki, Tanınmış bloger Mehman Hüseynov bu gün cəzası bitdiyi üçün azadlığa çıxıb. Bu haqda sosial şəbəkədə məlumat yayılıb. Mehman Hüseynov azad olunduqdan sonra ilk olaraq anasının, sonra da evə baş çəkmədən "Monitor" jurnalının 2005-ci ildə xüsusi aqressivliklə 7 güllə ilə qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun məzarın ziyarət edib. Qeyd edək ki, Mehman Hüseynov Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəməyə verdiyi xüsusi ittham qaydasında 2 il azadlıqdan məhrum edilmişdi. Yerli və beynəlxalq təşklatilar bu həbsi qondarma hesab edib müxtəlif bəyənatlarında bildirmişilər ki, onun həbsi blogerlik fəaliyyəti ilə bağlı olmuşdur.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın