Bakının mərkəzində bir ailə hər an ölümlə qarşılaşa bilər - FOTOLAR

05, 03, 19
08:42

Bakının mərkəzində bir ailə hər an ölümlə qarşılaşa bilər - FOTOLAR


Azərbaycanda bəzən məmur vətəndaş "müharibəsi" ölümlə nəticələnir. Hansısa günahsız vətəndaş ya intihar edir, ya da başqa yolla qurbana çevrilir. Bu gün Azerbaycanrealligi.com saytına müraciət edən vətəndaş Samir Babayev də ailəlikvə ölümün bir addımlığında olduğunu bildirib. Saytın əməkdaşları dərhal hadisə yerinə gediblər. Məlum olub ki, şəhərin Yasamal ərazisində 1000-ə yaxın ailə köçürüldükdən sonra hansısa tikinti işləri aparılır, ağır texnikalar işləyir. Belə bir şəraitdə isə bir ailə evindən çıxmır. Ağır texnikaların üç metrliyində yararsız hala düşmüş evin sahibi bildirib ki, evim hər an uça bilər, ailəm, uşağım həyatlarını itirər.


Vətəndaş Samir Babayev evdən çıxmamasının səbəbini belə izah edir: mənim dişimlə, dırnağımla, halal zəhmətimlə tikdiyim ev 45 kvadratdır, Yasamal rayon icra hakimiyyətinin nümayəndələri isə 25 kvadrat kimi qeydə alıblar. Bu ev, bu da metrə, ölçün, görün neçədir? Hər yerdən ümidi üzüldüyünü deyən vətəndaş tək ümid yeri kimi ölkə başçısı cənab İlham Əliyevə müraciət edib, xahiş edib ki, ona qarşı olunan bu haqsızlıqlar, ədalətsizliklər dövlət tərəfindən nəzarətə götürülsün, günahkar məmurlar cəzalandırılsın.

Qeyd edək ki, vətəndaşın evi hər an uça bilər. Ailəsi isə bu faciənin qurbanına çevrilər. O zaman Yasamal rayon rəhbərliyi özünü təmizə çıxarmaq üçün görək nə edəcək.






Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın