Nazirin səsini təqlid edərək biznesmenləri aldatdılar- SENSASİYA
Nazirin səsini təqlid edərək biznesmenləri aldatdılar- SENSASİYA
İtaliyada telefon dələduzları süni intellektdən istifadə edərək ölkənin müdafiə naziri Quido Krozettinin səsini imitasiya ediblər.
"Azərbaycan Reallığı" xəbər verir ki, onlar böyük biznesmenlərə və iri korporasiya rəhbərlərinə zəng edərək milyonlarla avro dəyərində vəsaiti ələ keçirməyə çalışıblar.
Dələduzlar zəng zamanı iş adamlarından Yaxın Şərqdə qaçırılmış italyan jurnalistlərin azad edilməsi üçün guya fidyə ödənişi məqsədilə Honq-Konqdakı bir bank hesabına bir milyon avro köçürməyi tələb ediblər.
Fırıldaqçıların qurbanları arasında "Prada"nın prezidenti Patrizio Bertelli, məşhur modelyer Corcio Armani, "Pirelli & C. SpA"nın top-meneceri Marko Provera və "İnter" futbol klubunun keçmiş sahibi Massimo Moratti də var.
Milan Prokurorluğu artıq məsələ ilə bağlı araşdırmalara başlayıb. Hadisəni “absurd” adlandıran müdafiə naziri Krozetti, X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ona zəng edən bir biznesmen ona öz adından və bir generalın adından fırıldaqçılıq edildiyini danışıb.