yuxarı
Bu şəhərimizdə su təminatı dayandırıldı
13, 02, 25
12:00
Bu şəhərimizdə su təminatı dayandırıldı
Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilələr yaranıb.
Sumqayıt Sukanal İdarəsindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində diametri 1000 mm olan magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində su təminatı dayandırılıb.
Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək