Qorxulu həbsxana rəisi keçmiş siyasi məhbus İlkin Rüstəmzadəyə cavab verdi: "Ay vicdansız, səni prezident əfv edib ki, çıxıb müəssisələrdən danışasan?”
Qorxulu həbsxana rəisi keçmiş siyasi məhbus İlkin Rüstəmzadəyə cavab verdi: "Ay vicdansız, səni prezident əfv edib ki, çıxıb müəssisələrdən danışasan?”
"Demir ki, 200 nəfər öldürmüşəm? Gəlsin sübut eləsin..." "Əsgər Ölümlərinə Son” aksiyasının təşkilatçısı olduğu üçün həbs olunan və yenicə azadlığa çıxan fəal İlkin Rüstəmzadə Penitensiar Xidmətin ünvanına olduqca sərt ittiham səsləndirib. Mühacirət həyatı yaşayan Jamal Alinin canlı yayımda qonaq olan İlkin Rüstəmzadə söhbət əsnasında cəzaçəklmə müəssisəsinin rəhbərliyinə tabe olmayanda məhbusların çarmıxa çəkildiyini deyib və bu cəzanın "Tubzon” adlanan vərəmli məhbusların 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsində həyata keçirildiyindən danışıb:
"Həbsxanada şiddətli cəza vermək istədikləri, sındırmaq istədikləri adamları xüsusi yerdə yerləşən "Tubzon”-a aparırdılar. Ora elə bir yerdiki, ora gedən məhkumların əksəriyyəti sağ qayıtmırdı. Yəni ölürdülər, daha doğrusu öldürürdülər. Ora ən ağır cəzaçəkmə yeridir. Ordan çox nadir hallarda sağ qayıdan olurdu. Sağ qayıdanların danışdıqlarından bir neçə cümlə bildirə bilərəm. Orda insanların bir neçəsini 1 yatağda yatızdırıb əl-qollarını bağlayırdılar. Onları yataqdan ayırmırdılar. Hətta, təbii ehtiyaclarını belə bir-birinin üstünə edirdilər. Və onları beləcə çox pis sındırırdılar. Onları demək olar ki, ac saxlayırdılar. Hərdən alma şirəsi və su verirlər ki, ölməsinlər. Tubzonun rəisi Nizami fəxrlə deyir ki, 200 meyidim var...”.
"Bu dəfə heç kimi bağışlamayacam”
Azerbaycanrealligi.com xəbər verir ki, İttihamlarına cavab verən müəssisənin rəisi, ədliyyə polkovniki Nizami Quliyev Criminal.az saytına müsahibəsində bildirdi ki, yaxın zamanda təqaüdə çıxacaq və onun haqda yazan medianı 100 min "yükləyəcək”:
"Biz dünyada vərəmin müalicəsində birinci yerdəyik. 1995-ci ildə əgər respublikada vərəmdən 400 nəfər vəfat etmişdisə, ötən il bu 8 nəfər olub. Ekspertin rəyi var,. Necə ola bilər ki, müalicə müəssisəsində adamı asıb-kəsirlər? Qoy kim nə istəyir desin, kim bacarır yazsın. 5 il əvvəl "Zerkalo” qəzetinin arxasın yerə vurdum. Dedim ki, yazmısan yaxşı etmisən, verdim məhkəməyə. Yazmışdılar ki, guya millət vərəmdən qırılır. 6 ölkənin səfiri gəlmişdi bura. Dedim gəlin müəssisəyə, yazdıqlarınızı göstərin. Heç nə sübut edə bilmədilər. Onlara mənəvi zərər görə, 70 min manat təzminat kəsdirdim. Sonra qəzetin rəhbəri gəlib əl-ayağımıza düşdülər, nazirə yalvardılar ki, həmin yazını yazan müxbirin bir iki otaqlı mənzili var, evində də satılasın heç nə yoxdu. Üzr istədilər, yazığımız gəldi bağışladıq. Kim nə bacarır yazsın, azad mətbuatdı. Bu dəfə heç kimi bağışlamayacam. Mən Azərbaycanda yaşayıram, qohum-əqrabam var. Sabah gedib deyəcəklər ki, Nizami müəllim bu nədir belə. Mən xalqımın içərisinə çıxıram”.
"Ay vicdansız, səni prezident əfv edib ki, çıxıb müəssisələrdən danışasan?
”Müəssisə rəisi onun haqda ittiham səsləndirənləri məhkəmə ilə hədələdi: "O soyasi məhkuma sual verin ki, bala sən özün həmin müəssisədə olmusan? İdarəyə müraciət edin sizə rəsmi icazə versin, gəlin bizim müəssisəyə, burda olan şəraitə baxın, aparılan müalicəyə baxın, məhkumlarla görüşün. Buraxacam sizi məhkumların içərisinə, iki məhkum şikayət etsə ki, şəraitimiz pisdi, həmin günü o müəssisədə qalmaram. Sizə yaxşı bir maska da verəcəm ki, xəstələnməyəsiniz. Sabah məni məhkəməyə verərsiniz ki, Nizami müəllim bizi aparıb ağır xəstələrin yanına salıb xəstələndirdi. Çıxanda da sizi dizenfeksiya edəcəm, narahat olmayın. Deyilən faktlar çıxsa, əllərimi qaldırcam ki, mən təslim. Amma kimsə mənim haqqımda bilmədiyi şeyi yazsa, onunla məhkəmədə görüşəcəm. Bu sözümü hamıya, lap siyasi məhkuma da deyin. Ay vicdansız, səni prezident əfv edib ki, çıxıb müəssisələrdən danışasan?Ay bala, sən törətdiyin cinayətdən niyə danışmırsan? Niyə demirsən ki, 300 manata görə taksi sürücüsün soymuşam, camaatın evinə girib ana-bacısın zorlamışam? Indi oldun siyasi məhkum? İndi tulalıq edirlər ki, xaricə sığınsınlar. Orda da onlara qab yudurdurlar, ya küçə süpürtdürürlər, ya da tualet yudurdurlar. Heç bir dövlət qucaq açıb demir ki, əmioğlu gəl puldan, dollardan verim kef elə, sən nizami müəllimi tənqid etmisən. Hamısı it günündə yaşayırlar”.
"Ay bədbəxtlər, sizi xarici dövlətlər əllərində oynadır"N.Quliyev hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Elə adamlar gəlib deyəndə ki, mən siyasi məhbusam, ona deyin ki, Azərbaycanda siyasi məhkum yoxdur.Azərbaycan bu gün dünyanın ən sivil dövlətidir ay bədbəxt. Baxın də türk kinolarına. Ərtoğrul serialına baxın də. Görün bu tük millətinin, azərbaycanlıların başına tarixən nə oyunlar gətiriblər. Ay bədbəxtlər, sizi xarici dövlətlər əllərində oynadır. Mən özüm qaçqınam, Laçının dilbər guşəsində, cənnətdə anadan olmuşam. Kaş ölüb o torpaqda qalardım. Heyf o torpaqlardan. Erməni kimi düşmənimiz var. Ay vicdansız get ondan danış. Çıx youtuba, necə ki kəlbəcərli oğlanlar var, gecə-gündüz erməniyə döşüyürlər. Biz bu dünyadan heç nə aparmayacağıq. Amma nəslimiz-kökümüz bu torpaqda yaşayacaq. O adamlara deyin ki, ay vicdansız sən Azərbaycan üçün nə etmisən? Sən kimə siyasi məhkumsan? Nə istəyirsiniz cənab prezidentdən? Hər şey verir də. Pensiya qalxdı, sosial təminat qalxdı, hansı dövlətdə var? Ancaq özünə siyasi məhbus deyən vicdansızlar Almaniyada, isveçdə əllərini açıb dilənçilik edirlər”.
"Prezidentimiz uğrunda gözümü yumub ölümə getməsəm kişi deyiləm”
"Mən Sultan bəyin nəslindənəm. 5 min ermənini bir gecənin içərisində Samux dərəsində qırıb-töküb. Mən belə vətənpərvər kişinin övladlarındanam. Babam 20 il laçın dağlarında ermənilərlə mübarizə aparıb. Laçın yeganə rayonlardan biridir ki, heç bir erməni deyə bilməz ki, bir laçınlıya sillə vurmuşam. Düzdü 1992-ci ildən bəri bəzi satqınlar hakimiyyət davası etdilər, laçının başına oyun gətirdilər. Erməni ilə sərhəd olsaq da, qorxublar ki, bunlar Sultan bəyin nəvələri, nəticələridir. 1992-ci il mayın 17-də Laçını işğal Qaladərəsinin kolxoz sədri Qrişa deyib ki, siz laçınlıları tanımırsınız, evdə pusqu qurub sizi qıracaqlar. Ona görə 3 gün Laçına girə bilməyiblər. Biz belə bir nəsildənik. Ona görə də torpağımız, dövlətimiz, prezidentimiz uğrunda gözümü yumub ölümə getməsəm kişi deyiləm. Göstəriş verilsə, gedib şəhid olmasam vicdansızam, bu torpağın çörəyi mənə haram olsun” - deyə rəis vurğuladı.
"Mən avtomatla batalyon qırmışam?”
Polkovnik rəhbərlik etdiyi müəssisədə məhbuslara işgəncə verilməsi, eyni zamanda dustaqların ölümündə rolu olması ittihamı ilə razılaşmır. Bildirir ki, əgər belə bir fakt sübut olunsa, cəzasını çəkməyə hazırdır:
"Ağıllı adam elə söz deyər? Əgər elə bir fakt varsa versinlə prokurorluğa gəlib araşdırsın. Mən avtomatla batalyon qırmışam? Təqaüdə gedəndən sonra verəcəm məhkəməyə, deyəcəm qardaş dediklərini sübut elə. Demir 200 nəfər öldürmüşəm? Gəlsin sübut eləsin görək hardandır bu məlumat onda? Ötən il bizim müəssisədə 8 nəfər məhkum rəhmətə gedib, 6 nəfəri HİV-hepatit, 2 nəfəri vərəmdən ölüb. Halbuki 1995-ci ildə 400 nəfər vərəmdən rəhmətə getmişdi. Siyasi məhbus ola bilsin ki, özünü reklam etmək, xaricə qaçmaq və qrantlar almaq üçün edir. Heç o azərbaycanlı deyil. Heç o kişi deyil. O, azərbaycanlı olsaydı belə danışmazdı. Gəlsin sübut eləsin, gedib həbsdə yataram. Heç müəssisə yaranandan bəri burda 200 adam ölməyib. Mən o adamlardan deyiləm, yəqin məni tanımırsınız. Mən elə oğlan deyiləm, təmiz işləyirəm. Vərəmin içərisində neçə ildir fəaliyyət göstərirəm və bütün dünya məndən danışır. BMT-nin tribunasında məndən danışırlar. Fəxri fərmanlar gəlir ki, müalicə müəssisəsində bu cür şərait yaratmısınız. Bundan danışın, hansısa siyasi məhbusun dediyindən yox. Yaxşı jurnalistsən gəl müəssisəyə bax, yaradılan şəraiti işıqlandır, sonra həmin adam deyin ki, ay səni belə-belə olasan. Bəs sən belə deyirdin, gedib başqa şey gördüm. Dövlət bilirsiniz bura nə qədər xərc çəkir? Burda xəstələrə verilən dərmanın birini aptekdən tapa bilməzsiniz. Bütün dərmanlar xaricdən bizə xüsusi gəlir. Vərəmin 4 ağır formasın müalicə edirik. Dünyanın 4 ölkəsində vərəmin müalicəsinə başlanıb, onlardan biri bizik. Baxın beynəlxalq saytlara, görün xarici dövlətlər bizim müəssisə haqqında nələr yazır. Ötən il bizim müəssisəyə 12 xarici dövlətdən, o cümlədənm Çindən nazir müavini iki dəfə gəlib öyrənsin ki, biz vərəmi necə yaxşı müalicə edirik. Biz onlara burda treninq keçmişik. O qədər nadürüst, məni istəməyən adamlar var. Biz cəzaçəkmə müəssisəsində işləyirik. Ona görə bizim haqqımızda hər şey deyilə bilər
"Demirlər kurort yaratmışam? Bu kurort onu deyənə qismət olsun”
N.Quliyev müəssisə daxilində pullu məhkumlar üçün lyuks otaqlar yaratmasına kəskin reaksiya verdi: "Bayaq deyilənlər nədir, bu nədir? Bəli bu müəssisə sanatoriyadır. Tək bir-iki nəfər üçün yox, burda cəza çəkən, müalicə olunan bütün məhkumlar üçün bu müəssisə sanatoriya kimidir. Yeni korpus təhvil vermişik, heç otellərdə belə şərait yoxdur. Ona görə ki, burda müalicə alan məhkumlar iki il davamlı şəkildə dərman qəbul edir. 20 aylıq müalicə müdəti var, bunun maddi şəraiti, yeməyi də yaxşı olmalıdır. Bu adam gün ərzində 12 dərman atır, dözə bilsin. Vərəmdən müalicə olunmalıdır. Bu gün mənim evimdə isitmə sistemi yanmır, amma bu müəssisədə bir palatada yanmasa fövqəladə hal elan edirik. Qanun çərçivəsində nə varsa, hamısı bu müəssisədə həyata keçirilib. Çünki ağır müəlicədir. Kim deyirsə vərəmi 2 aya müalicə edirəm, o adam vətən xainidir. Vərəmin müalicəsi ən azı 8 aydır. Sabah burdan çıxıb gedəcək sənin övladını xəstələndirəcək, mənim də nəvəm məktəbdə bir yerdə oxuyacaq və hamını xəstələndirəcək. İndi hamımı gedib almana satılaq, xaricə satılaq? Ay kişi balaca torpaqdı bura. 9 milyonluq əhaliyik, bir-birimizi yeyə-yeyə hara gedəcəyik ay qardaş? Demirlər kurort yaratmışam? Bu kurort onu deyənə qismət olsun. Gəlsin bura kurortu yaradım ona”.
"Bunun üstündə adamı bilirsən nə edərlər?”
Ədliyyə polkovniki müəssisənin "kars” adlanan cərimə kameralarında məhkumlara işgəncə verilməsi, hətta onların bir-birinə bağlı saxlanması və təbii ehtiyaclarını üzərinə etməsi ilə bağlı iddialara da münasibət bildirdi:
"Görünür siz həbsxana sistemindən çox uzaq adamsınız. Bunun üstündə adamı bilirsən nə edərlər? Adamı çöldə güllələyərlə ay kişi. Siz heç nə danışdığınızı başa düşürsünüz? Bu söhbət sabah çıxar cinayət aləminə, ya sübut elə, edə bilmirsənsə dediyinə cavab ver. Fikirləşin görün nə danışırsınız. Biz burda nəyik ay kişi? Bu müəssisəyə çəkilən xərc başqalarında 2 dəfə çoxdur. Çünki bura müalicə müəssisəsidir. Bu gün (dünən-red) bir məhkumu azad etmişəm. Onun valideynlərini çağırtdırmışam. 3 ay müalicə alıb, hələ 17 ayı qalıb. Valideynlərinə dedim ki, oğlunuz ağır formalı vərəmdir, birdən aparıb uşaqların içərisində yatırdarsız. Ayrı otaqda yatırdın, sabah özüm də gəlib aparacam Ağ ciyər İnstitutuna qeydiyata saldıracam və dərmanlarını 17 ay veririk ki, müalicəsini davam etdirsin. Belə sistem dünyanın heç bir ölkəsində yoxdur. Mən sizə başqa söz deyə bilərdim, amma siz axırıncı işlətdiyiniz sözün cavabını verə bilməzsiniz”.
"Onlar Musavat-AXC hakimiyyətinin dövründə millət acından qırılan vaxt vərəm tutanlardır”
N.Quliyev məhkumların vərəm olmasında Musavat-AXC hakimiyyətini günahlandırıb: "Bu gün bizim müəssisədə vərəmli xəstələrin sayı 5 dəfə azalıb. Cəzaçəkmə müəssisələrindən həftədə 1 ya 2 məhkum gəlir. Bizim məəssisəyə gələnlər əsasən yeni tutulmuş təqsirləndirilən şəxslərdir. Onların da əksəriyyəti Rusiya, Ukrayna və digər MDB ölkələrində SPİD-ə yoluxurlar. İmmunitetləri aşağı düşür və vərəm olurlar. Cəzaçəkmə müəssisələrində vərəm tam cilovlanıb, yox səviyyəsindədir, tam müalicə olunub. Bizdə müalicə olunan xəstələrdən birini tapın, vəziyyəti soruşun. Vərərəmli xəstələrin ölüm statistikası 100 fazi azalıb. 1995-də 400 vərəmli məhbus ölmüşdüsə, ötən il 8 nəfər vərəmli məhbus Azərbaycan həbsxanalarında vəfat edib. Onlar da keçmiş SSRİ-dən qalma və Musavat-AXC hakimiyyətinin dövründə millət acından qırılan vaxt vərəm tutanlardır. Bu gün cəzaçəkmə müəssisələrində vərəmdən ölən məhkum yoxdu. Ötən il ölən 8 nəfərin 6-sı hipatit olub. Çalışdığımız odur ki, xalqımızın sağlamlığın qoruyaq”.
Azerbaycanrealligi.com