Mehman Hüseynovun ölkədən çıxışına icazə verilmədi - FOTO

10, 04, 19
08:38

Mehman Hüseynovun ölkədən çıxışına icazə verilmədi - FOTO


Tanınmış blogger, bu ilin martında azadlığa çıxmış Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Mehman Hüseynov özünün Facebook səhifəsində məlumat yayıb.  

O bildirib ki, həbsdən çıxdıqdan sonra bütün sənədlərini qaydaya salıb. “Sənədlərimi bərpa elətdirdim. Növbəti addım fəaliyyətimi, sağlamlığımı bərpa elətdirmək idi. Bu ay mənim xarici ölkələrdə çox mühüm görüşlərim olmalı idi, beynəlxalq təşkilatların numayəndələri ilə görüşüm, Avropa Şurasında, Avropa parlamentində, ATƏT kimi qurumlarda Azərbaycan haqda çıxışlarım olmalı idi. Və ən əsası mən xaricə gedib səhətimdə olan çox ciddi problemlərimi həll etməli, muayinədən keçib cərrahi əməliyyat olunmalı idim. Səbəb odurki mən Azərbaycan səhiyyəsinə inanmıram, Azərbaycan səhiyyəsi bərbad günündədir. Mən bu səhiyyənin altında ölmək istəmirəm! Ona görə qərara gəldim ki xaricdə əməliyyat olunum”.
img
Mehman Hüseynov

O qeyd edib ki, səhər tezdən aeraporta gəlib. “Yaxınlaşıram pasport yoxlama məntəqəsinə, gömrük işçisi pasportuma baxıb dərhal əlinə telefonu götürüb aləmi vurur bir-birinə və buyur mənə yeni sürprizi təqdim edirlər. “Mehman müəllim xahiş olunur gözləyəsiz”. Polis nəfərləri yaxınlaşır mən tərəf, gömrük işçiləri bildirirlə ki, sizin ölkədən çıxışınıza qadağa qoyulub. Şoka düşdüm bir anlıq. Necə yani qadağa? Niyə? Necə? Kim tərəfdən? Bildirirlər ki, Baş Prokurorluq bu qadağanı təşkil edib. Pasportumu qaytarıb, biletimi əlimdən alıb, çantalarımı qaytarıb məni oradan uzaqlaşdırdılar. Daha dəqiq desək qovdular”.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın