İcra hakimiyyəti aldığı zibil qablarının pulu ödəmir- 80 min borcu var

24, 02, 25
14:30

İcra hakimiyyəti aldığı zibil qablarının pulu ödəmir- 80 min borcu var


Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, idarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.

MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.

Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.


Bizimlə əlaqə saxlayın