AĞ Partiyadan Fuad Abbbasova dəstək
AĞ Partiyadan Fuad Abbbasova dəstək
Artıq bir neçə gündür ki, azərbaycanlı jurnalist Fuad Abbasovun həbsi gündəm mövzulardan birini təşkil edir.
Azərbaycan xalqının mənfur düşməni olan ermənilərin başlatdığı qarayaxma kampaniyası və topladıları imzalar nəticəsində Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Fuad Abbasov ona qarşı irəli sürülən əsassız iddialar və ona qarşı atılmış iftiraların heç birinə layiq olmayan igid və cəsur vətən övladıdır.
Ağ Partiya olaraq onun bir an əvvəl sərbəst buraxılmasını tələb edir və ona qarşı aparılan bu təbliğatı şiddətli şəkildə pisləyirik.
Düşünürük ki, Azərbaycan hökuməti Fuad Abbasovun azad edilməsi üçün əlindən gələni etməlidir. Çünki vətən hər zaman mənfur düşmənə qarşı
açılmış cəbhədə Azərbaycanın adını layiqincə qoruyan oğullarına arxa durmalıdır.
Azerbaycanrealligi.com