Nardaranda 4 uşaq dənizdə batdı: hamısı eyni ailədəndir - FƏLAKƏT

11, 08, 19
11:38

Nardaranda 4 uşaq dənizdə batdı: hamısı eyni ailədəndir - FƏLAKƏT

Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 uşaq batıb.

Azerbaycanrealligi.com Musavat.com-a isitnadən xəbər verir ki, uşaqların bir ailənin üzvü olub. Belə ki, dəhşətli faciədə dünyasını dəyişən uşaqların iki bacı, ikisi isə bacı-qardaş olub. Uşaqların valideynləri qardaşdır. 

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi dənizdə batan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışlarına başlayıb.

Onlardan M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Z.Cəfərzadənin axtarışları davam etdirilir.

Xatırladaq ki, iki həftə öncə Kürdəxanıdan olan dörd gənc dost da Pirşağı çimərliyində batıb.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın