İlham Əliyev pensiyaları artırdı – Qərar

15, 08, 19
12:39

İlham Əliyev pensiyaları artırdı – Qərar



Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuda dəyişiklik edib.

Azerbaycanrealligi.com xəbər verir ki, qanuna açağıdakı səyişiklik olunub:

– 6-1-ci maddədə “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;

– 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;

– aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın