2 komanda Azərbaycan çempionatından qovuldu

22, 03, 25
19:00

2 komanda Azərbaycan çempionatından qovuldu


Ağcabədinin "Hindarx" klubunun 13 və 14 yaşlılardan ibarət komandaları Azərbaycan çempionatlarından uzaqlaşdırılıb.

Bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub.

"Hindarx"ın heyətində həm U-13 Liqasında, həm də U-14 Liqasında lisenziyası saxtalaşdırılmış futbolçular forma geyiniblər. Həmin futbolçuların çıxış etdikləri bütün oyunlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni zamanda, komandaların 2024/2025 mövsümündə çıxışını davam etdirməsinə qadağa qoyulub.

Qeyd edək ki, bu gün Ağcabədi futbol nümayəndələrindən ikisi futbolla fəaliyyətdən kənarlaşdırılıb. (Offsideplus.az)


Bizimlə əlaqə saxlayın