Ağsu rayonu icra başçısının ailə klanının sevgi etirafı və biznes imperiyası

12, 09, 19
18:58

Ağsu rayonu icra başçısının ailə klanının sevgi etirafı və biznes imperiyası


İcra başçısının ailə klanı
Azerbaycanrealligi.com xəbər verir ki, Bu yaxınlarda aktualxeber.az saytında “İcra başçısı bir ailənin dağılmasına bais olub” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri, rayon sakinləri və sahibkarların ondan ölkə başçısı İlham Əliyevə çoxsaylı şikayətlər göndərməsindən bəhs edilmişdi. İcra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərən Salyan rayonu, Salyan şəhəri Ə. Quliyev küçəsi ev 1 mənzil 61-də qeydiyyatda olan Mahmudova Fatimə Seyidağa qızının iddia etdiyinə görə jurnalist kimi 2013-cü ildə Ağsu rayonuna xidməti işlərlə əlaqədar ezam olunubmuş. Həmin vaxtdan başlayaraq RİH başçısı Ənvər Seyidəliyevlə yaxşı münasibətləri yaranıb. İcra başçısı onu bir neçə dəfə rayonda olan tədbirlərə və açılışlara dəvət edibmiş. Bir neçə aydan sonra isə Ənvər Seyidəliyev Bakıya gələrək 9-cu mikrorayon ərazisində yerləşən restoranlardan birində həmin xanıma sevğı etirafı belə edibmiş. Şikayətçi xanım dəfələrlə ona bir övladının olduğunu və həyat yoldaşı bunu bilərsə çox pis nəticələnəcəyini desə də, Ə. Seyidəliyev ondan əl çəkməyib. Dəfələrlə onun yaşadığı ünvana hədiyyələr göndər Ə. Seyidəliyevin bu hərəkətlərindən sonra ailəsi dağılan xanım, subay olduğuna və uşağını təkbaşına saxlaya bilməyəcəyini görüb onun təklifi ilə razılaşıb. Onlar kəbinlə evləniblər və Ə. Seyidəliyev hər həftə rayondan Bakıya gələndə öz ailəsi kimi gəlib F. Mahmudovanın yanında qalmağa başlayıb. Xanımın etibarını qazanan icra başçısı onun 2015-ci ildə “Şərur” MTK-ya məxsus binada olan, atasının aldığı 3 otaqlı mənzili 78 min manata satdırıb. Mənzilin pulunu xaricdən zəng edərək hər ikisinin ortaq tanışları olan Nadir adlı şəxsə verməyini bildirib. Xanımı əmin edib ki, narahat olma, qayıdandan sonra üstünü düzəldib daha komfortlu başqa bir mənzil alacaq. Bu hadisədən bir müddət sonra Ə. Seyidəliyev 6 min manat pulu Rüstəm adlı şəxslə F. Mahmudovaya göndərib. Yerdə qalan 72 min manatı hələ də verməyən Ə. Seyidəliyev şikayətçi xanımın uşağıyla 2016-cı ildən bəri kirayələrdə və çox acınacağlı vəziyyətdə yaşamasana bais olubdur. Valideynlərinin hər ikisinin də Qarabağ döyüşlərinin iştirakçısı və veteranları olduğunu qeyd edən F. Mahmudova dövlət başçısından və əlaqədar qurumlardan günahkarın cəzalandırılmasını və ona dəyən maddi ziyanın ödənilməsi üçün öz köməkliklərini göstərmələrini xahiş edirdi.

Həmin yazıda qeyd etmişdik ki, bu yaxınlarda oxşar şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu da rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərmişdi. Həmin məktubda icra başçısının qanunsuz əməlləri, qohumlarının hansı vəzifələr tutmaları və ailə biznesləri barədə şok faktlar açıqlanmışdı. Şikayətçi qeyd edirdi ki, vaxtilə Ənvər Seyidəliyev bacısı oğlu Səlim Müslümovun xeyir-duası ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park tikdirib:

“Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş, ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt mənə 80 min manat kompenasiya ödənəcəyinə söz versə də, 6 ildir o pulu ala bilmirəm. Axırda mənə dedi ki, get, pulunu Prezidentdən istə”. Şikayətçi yazırdı ki, Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov, onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumları Ağsu və ölkənin müxtəlif bölgələrində özbaşınalıqlar ediblər: “Səlim Müslümov nazir işlədiyi dövrdə müxtəlif saxtakarlıqlar edib.Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda – onun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda söz-söhbət dolaşır ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. Çox maraqlıdr ki, Müslümov işdən azad olunan kimi, onun mühüm vəzifələrdə çalışmaqla milyonlara sahib olan qohumları Ağsunu “ölü” rayona çeviriblər. Özlərinə sərf edən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar. Hətta Səlim Müslümovun hələ də hər il üçün 70 min funt-strelinq ödədiyi kiçik oğlunun İngiltərədən ölkəyə qaytarmamaq planını həyata keçirdiyini deyənlər də var. Elə bu yerdə sual edirəm: Müslümov bu qədər pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı pulla alınıb? Siz Səlim Müslmovun Pirhəsənlidəki villasını görsəniz, heyrətə gələrsiniz. Onun kənddəki iqamətgahında yüksək təmtəraqlı, son model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş qəbul otağı, xidmətçiləri də var”.

A. Oruclunun yazdığına görə, Ağsuda S. Müslümov və icra başçısı olan dayısının əkin sahələri də var: “Onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndi iş elə gətirib ki, onların da zəhmət haqqını da vermirlər”. Ağsu sakini Müslümovun “çətiri altında” karyerada irəliləyən qohumlarını siyahısını da redaksiyamıza göndərib:

1. Səlim Müslümovun dayısı, həm də bacanağı Ənvər Seyidəliyev rayonun icra başçısı

2. Digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın rayon filialının müdiri

3. Səlim Müslümovun xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə “Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiri

4. Fətulla Seyidəliyevin oğlu Mirfariz Seydəliyev Prokurorluqda orqanlarında işləyir

5. Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pençiyaçı olsa da, rayon pambıq qəbulu məntəqəsində müdirdir

6. Mirfazil Seyidəliyevin oğlu Mirqafil Səfərbərlik Xidmətində mühüm post tutur

7. Ənvər Seyidəliyevin oğlu Dayənət Seyidəliyev Mərkəzi Bankda mühüm vəzifədədir. O, həmçinin atasının və Səlim Müslümovun sayəsində Bakıda şərab şəbəkəsinə və maşın təmiri sexlərinə nəzarət edir

8. Səlim Müslümovun dayısının arvadı Şəhrabani Məlikova Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi

9. Şəhrabani Məlikovanın qızının əri Fuad Əlizadə isə ƏƏSMN-də Dövlət Əmək Müfəttişliyinin rəisi olub

10. Şəhrabani Məlikovanın digər qızının əri, Səlim Müslümovun əmisi oğlu Yalçın Müslümov da Səlim Müslümovun zamanında ƏƏSMN-də nazirin müşaviri olub və yeni nazir işdən çıxarıb

11. Şəhrabani Məlikovanın digər qızının əri Zaur Bədəlov Qusarın polis rəisi

12. S. Müslümovun dayısı oğlu Ələsgər Seyidəliyev gömrükdə işləyir

13. S. Müslümovun dayısı oğlu Mircavad Seyidəliyev DİN-də mühüm postdadır

14. S.Müslümovun qardaşı Radim Müslümov İsmayıllı Rayon Maliyyə İdarəsinin müdiri

15. Radimin oğlu Xəzər Müslümov da ƏƏSMN-də işləyir

16. S. Müslümovun digər qardaşı Vergilər Nazirliyində çalışır

17. S. Müslümovun bacısının əri Əsgər Əsgərov DSMF-nin Nəsimi şöbəsinin müdiri olub və o da işdən çıxarılıb

18. S. Müslümovun qaynı Ağalar Xasayev (O, həm də Ənvər Seyidəliyevin qaynıdır) DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin – Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisidir

19. S. Müslümovun digər bacısının əri Pirallahı rayonunda yol idarəsinin rəisidir

20. S. Müslümovla Ənvər Seyidəliyevin digər qaynı Ağası Xasayev də bankda (Bakıda) mühüm postadır

21. Bunların digər qaynı Şahmar Xasayevin oğlu gömrükdə işləyir.

Şikayətçi yazır ki, bu siyahını uzatmağa ehtiyac duymasa da, ölkə rəhbərliyindən xahiş edib ki, Səlim Müslümov və onun komandasının özbaşınalıqları araşdırılsın, icra başçısı tərəfindən sökdürülən kafesinə görə pozulmuş hüquqları bərpa olunsun.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın