Word Telekomda post-terminal işləmir müştəri nəğd ödəniş etməyə məcbur edilir - ŞİKAYƏT
Word Telekomda post-terminal işləmir müştəri nəğd ödəniş etməyə məcbur edilir - ŞİKAYƏT
Azərbaycan bazarında fəaliyyət göstərən iri şirkətlərin müştərilərə qarşı laqeyd və məsuliyyətsiz davranışı, təəssüf ki, adi hala çevrilib. Word Telekom rəsmi distribyutoru kimi fəaliyyət göstərən bu şirkətin müştərilərə ödəmə imkanı yaratmaması və alternativ həll yolları təklif etməməsi ciddi tənqid olunmalıdır.
Bugünkü dövrdə, hər bir ciddi şirkət müştərilərinə rahat ödəmə imkanları təqdim etməlidir. Plastik kartlar, mobil ödənişlər və onlayn tranzaksiyalar artıq dünyada əsas ödəniş üsullarına çevrilib. Lakin Word Telekom-un mərkəzi şəbəkəsində post-terminalın işləməməsi və müştərilərə yalnız nağd ödənişin məcburi edilməsi şirkətin qeyri-peşəkar idarəetməsini açıq şəkildə göstərir. Bir şirkət öz müştərisini nağd ödənişə məcbur etməklə həm onların rahatlığını nəzərə almır, həm də hüquqi və vergi baxımından şübhəli vəziyyət yaradır.
Nəcəfova Günay Tofiq qızı, "Azərbaycan Reallığı"na Word Telekom rəsmi distribyutorundan 6 ay əvvəl kreditlə iPhone markalı telefon almışam. Müqaviləyə uyğun olaraq, hər ay ödənişlərimi həyata keçirirəm.
Sonuncu ödənişim 25 mart 2025-ci il tarixində idi. Bu məqsədlə Word Telekom-un mərkəzi şəbəkəsinə yaxınlaşdım. Lakin mənim iş Bank kartım olduğu üçün nəğd ödəniş etməyəcəyimi bildirdikdə, kassir mənə post-terminalın işləmədiyini və artıq bir aydır ki, bu problemin mövcud olduğunu dedi. Bu səbəbdən ödəniş edə bilmədim.
Bu gün, 27 mart 2025-ci il, Word Telekom-un problemli kreditlər şöbəsindən mənə zəng edərək gecikmə qeydə alınacağını bildirdilər. Mən şirkətə post-terminalın işləməməsi səbəbindən ödəniş edə bilmədiyimi desəm də, onların cavabı “hamı necə, siz də elə, nəğd ödəyin” oldu.
Bu hal istehlakçı hüquqlarımın pozulması, elektron ödəniş imkanlarının məhdudlaşdırılması və müştərilərin məcburi şəkildə nağd ödənişə yönləndirilməsi kimi ciddi problemləri ortaya qoyur. Bundan əlavə, bu cür hallar vergi ödəmələrinin şəffaflığı ilə bağlı da suallar yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizdən Word Telekom-un ödəniş sistemindəki bu problemin araşdırılmasını, post-terminalın uzun müddət işləməməsinin səbəblərinin aydınlaşdırılmasını və müştərilərin hüquqlarının qorunmasını təmin etməyi xahiş edirəm.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq