Laçınlı məmur Maşallah Baxışovun qanunsuz əməllərindən şikayət: 1 otaqlı evə 2 min, 2 otaqlı evə 3 min, 4 otaqlı evə 5 min pul istəyir...
Laçınlı məmur Maşallah Baxışovun qanunsuz əməllərindən şikayət: 1 otaqlı evə 2 min, 2 otaqlı evə 3 min, 4 otaqlı evə 5 min pul istəyir...
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə
Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə
Laçın rayon Şeylanlı Katos kəndinin Taxtakörpü obalarinda yaşayan sakinləri adından müraciət
Hörmətli Rövşən müəllim,
Məlum səbəblərə görə, 1992-cı ildən Ağcəbədi rayonunun Taxtakörpü qəsəbəsinin Şeylanlı və Katos obasında məskunlaşmışıq.
Hörmətli sədr, Ağcəbədi rayonunun Taxtakörpü qəsəbəsində rəhbərlik etdiyiniz qurum tərəfindən Şeylanlı və Katos obasında məskunlaşmış məcburi köçkünlərə tikilmiş yeni evlərin paylanılması zamanı Şeylanlı kənd icra nümayəndəsi Maşallah Baxışov ədalətlilik prinsiplərinə qətiyyən riayət etməmişdir. Belə ki, O, Taxtakörpü qəsəbəsində dövlət hesabına tikilmiş evləri müəyyən məbləğ qarşılığında faktiki olaraq Bakı şəhərində qeydiyyatda olan şəxslərə (həmin şəxslərin adları seçici kimi MSK-nın veb səhifəsində Bakı şəhərində qeydiyyatda göstərilmişdir) vermiş və ya bu işin bilavasitə təşkilatçısı olmuşdur. Əlimizdə olan dəqiq faktlara əsasən misal üçün 51 saylı ev Şeylanlı kənd icra nümayəndəsi Maşallah Baxışov tərəfindən müəyyən məbləğ qarşılığında Məhiyyədin adlı Katos kənd sakininə satılmış, həmin evin ətrafında olan digər evlər isə Katos kənd sakinləri olan Abdullayevlər ailəsinə təklif edilmişdir.
Hörmətli sədr, artıq 28 ildir doğma el-obamızdan didərgin şəkildə yaşamağımıza baxmayaraq, bizim dövlətimizə olan inamımız və etimadımız sonsuzdur. Amma yuxarıda adı çəkilən, “hər şeyi pul ilə ölçən” məmurların bu cür qanunsuz hərəkətləri bizlərdə qeyri-ixtiyari olaraq qaçqın və məcburi köçkünlərin məsələləri ilə məşğul olan bütün dövlət qurumlarına qarşı haqlı olaraq narazılıq yaradır.
28.02.2020 cil tarixində ancaq Maşallah Baxışov və müavini Camələddin Quliyevin ailə üzüvləri və yaxınlari evlə təmin olunub. Halbuki bu qohumların Bakı şəhərində elə həmin obalarda yüskək səviyyəli evləri var. Ağır və azanacaqlı vəziyyətdə yeraltı damlarda, dəmir vaqonlarda yaşayan sakinlərə isə ev verilməyib. Ev verilməsi üçün Maşallah Baxışovun tətbiq etdiyi qiymətləri sizələrə açıqlayırıq. Maşallah Baxışovun isə bizlərə deyir ki, qiymətləri icra hakimyətinin tapşırıqıyla hazırlayıb. 1 otaqlı 2 min, 2 otaqlı 3 min, 4 otaqlı 5 min Azn təşkil edir.
Sizdən xahiş edirik ki, bizim müraciətimizin ətraflı incələnməsi üçün lazımi qurumlara müvafiq göstərişlər verib ədalətin bərpa edilməsi üçün bir dövlət məmuru kimi əlinizdən gələni əsirgəməyəsiniz.
Aşağıda adlarını qeyd edəcəyimiz şəxslər icra nümayəndəsinin və müavininin qohumlarıdır və ev alan şəxslərdir.
1. Laçın rayon Şeylanlı kənd icra nümayəndəsi Maşallah Baxışov
2. Baxışova Balış Baxşəli qızı icra nümayəndəsinin anasıdır
3. Yadigar Quliyev icra nümayəndəsinin müavini Camaləddin Quliyevin əmisinin oğludur
4. Xeyrulla Baxışov icra nümayəndəsinin qardaşıdır
5. Qələndərova Simuzər Məhəmmədəli qızı icra nümayəndəsinin bacısı
6. İcra nümayəndəsinin müavininin bibisi Quliyeva Şərqiyə.
7. Baxışov İnşallah Məhəmmədəli oğlu icra nümayəndəsinin qardaşıdır
8. Tanrıverdiyev Zahid
9. Məmmədov Anar Firuş oğlu icra nümayəndəsinin kürəkənidir.
10. Azad Məmiyev icra nümayəndəsinin bacısının həyat yoldaşıdır.
11. İcra nümayəndəsinin müavininin əmisi oğlu Zeynal Quliyev.
Azerbaycanrealligi.com