Xanım jurnalistdən fədakar və cəsarətli addım: Şəhid ailələri üçün ehsan süfrəsi təşkil etdi - FOTOLAR
Xanım jurnalistdən fədakar və cəsarətli addım: Şəhid ailələri üçün ehsan süfrəsi təşkil etdi - FOTOLAR
Vətəni sevmək hər birmizin borcudur. Vətən uğurunda qazı olub canından, sağlamlığından keçmiş şəxslərə xidmət etmək, onlara daima diqqət göstərmək isə hər bir imkanlı və imkansız şəxsdən asılı olmayaraq hünər borcu adlanır. Nə yaxşı ki, bu ölkədə vətənpərvərlik hissini itirməyən, az imkanlı şəxslərmiz var. Onların xanım olması, xususi diqqətimizi çəkir. Bir sözlə öz jestləri ilə həm düşmənə, həm də, bəzi Azərbaycanımızı sevməyən qara qüvvələrə, örnək olurlar.
Azerbaycanrealligi.com xəbər verir ki, onlardan biri də Turksevdasi.org saytının təsisçisi və baş redaktoru, isdedadlı gənc jurnalist Sevda Zülfiqarlıdır. Sevda xanım, bir neçə gün əvvəl restoranların birində şəhid ailələri və Qarabağ qaziləri üçün ehsan süfrəsi verib. Tədbiri çıxış nitqi ilə açan xanım jurnalist bildirib ki, mən bu gün burada bir daha əmin oldum ki, tək deyiləm. Məni sevən Şəhid anaları və Qarabag Qazisi qardaşlarım var. Biz İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində, doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Tədbirdə Qarabağ qaziləri, Şəhid Ailələri iştirak edib. Onlarda öz nitqlərin söyləyərək bu cür diqqət və qayğıya görə tədbirin təşklatçısı Sevda xanıma öz xususi təşəkkürlərin bildiriblər.
Daha sonra Sevda Zülfiqarlı, Şəhid Ailələri və Qarabağ qazilərinə Novruz Bayramı hədiyyələrini təqdim edib. Onun bu cəsarətli addımı böyük alqışlara səbəb olub. Sonda isə tədbir işdrakçıları tədbirin təşklatçısı olən tanınmış xanım jurnalist Sevda Zülfiqarlı ilə xatirə fotoları çəkdiriblər...
Azerbaycanrealligi.com