Mübariz Mənsimovun azad oluna biləcəyi tarix açıqlandı

26, 04, 20
11:34

Mübariz Mənsimovun azad oluna biləcəyi tarix açıqlandı


Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimov məhkəmədən sonra azadlığa buraxıla bilər. 

Azerbaycanrealligi.com-un məlumatına görə, aprelin 30-da keçirilməsi nəzərdə tutulan məhkəmə M. Mənsimovla bağlı qərar verəcək.

İş adamının yaxın ətrafı bu məhkəmədə onun azadlığa buraxılacağına ümid edir. 

Qeyd edək ki, iş adamı Mübariz Mənsimov İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın