Kamran Əliyev Azərbaycanın yeni baş prokuroru oldu

01, 05, 20
11:29

Kamran Əliyev Azərbaycanın yeni baş prokuroru oldu


Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. 

Azerbaycanrealligi.com Oxu.Az-a istinadən xəbərinə görə, məsələ səsə qoyulub. 

Deputatlar səsvermədə Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər. 

Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisidir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın