Gədəbəydə təxribat: İcra başçsı jurnalisti döydürdü - FOTO
Gədəbəydə təxribat: İcra başçsı jurnalisti döydürdü - FOTO
Gədəbəyin bir zülmkar icra başçısı varıydı. Adı Ramiz Yediyarov idi. Onun vəzifədən gedişindən və istintaqa cəlb olunmasından sonra gədəbəylilər çox sevinmişdilər.
Amma son vaxtlar rayonda baş verənlərdən belə məlum olur ki, Gədəbəy əhlinin sevinci çox çəkməyib.
Azerbaycanrealligi.com xəbər verir ki, Reportyor.info-nun verdiyi xəbərə görə, yeni icra başçısı İbrahim Mustafayev Ramiz Yediyarova şükür etdirir. Onun jurnalist Zaur Qənbərovu qanına qəlta etdirməsi belə deməyə əsas verir.
Z.Qənbərov “facebook” hesabında yazıb ki, o, anews.az-a göndərilən şikayət məktubu ilə əlaqədar DSMF-nin Gədəbəy rayon şöbəsinə müraciət edib. Jurnalist şikayəti yerindəcə araşdırmaq istəyib.
Onun sözlərinə görə, DSMF-nin Gədəbəy rayon şöbəsində təxribatla qarşılaşıb: “Təxribatın sifarişçisi Gədəbəyin icra başçısı İbrahim Mustafayevdir.
Təxribatı həyata keçirən isə DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev, sürücüsü İsfəndiyar Qələndərovdur.
Şöbə müdiri Elsun Xudaverdiyev məni təpiklə vurdu, əlimi dağıtdı, telefonumu yerə çırpıb qırdı və təhqir etdi”.
Jurnalist qeyd edib ki, bu çirkin addımın əsl səbəbi var: “Səbəb odur ki, həm Elsun Xudaverdiyevin, həm də İbrahim Mustafayevin rüşvət, korrupsiya, saxta əməllərini daim yazmışam və bundan sonra da yazacağam”.
Z.Qənbərovun sözlərinə görə, icra başçısı E.Xudaverdiyevin onun kadrı olduğunu söyləyib:
“Deyirdi ki, ondan neqativ yazma. Elsun da öz növbəsində icra başçısı İbrahim Mustafayevin bibisi oğlu Məmmədov Taleh Mövla oğlunu işə götürüb. Amma Taleh iş üzü tanımır. Gədəbəyə heç gəlmir”.
Jurnalist əlavə edib ki, onu vuran digər şəxs – İsfəndiyar Qələndərov DSMF sədri E.Xudaverdiyevin sürücüsü olsa da, ortalıqda maşın yoxdur
“Adam nəyi sürür? Yoxsa belə təxribatlara və qara pulları daşımağa yarayır? Bu işə hüquqi qiymət verilənə kimi əl çəkəsi deyiləm”.
Z.Qənbərov onu da vurğulayıb ki, E.Xudaverdiyevin atası çox narahatdır: “Atası Cahangir kişi prezident İlham Əliyevi söydüyünü bildiyim üçün, başçı İbrahim Mustafayevin bağçalarını, Göygöldə meşə ərazisindəki villasını, restoranlarını yazdığım üçün çox narahatdır. Sənin idarədə kameran işləmir, amma mənim telefonum çəkib. Yaxşı sındıra bilmədin”.
Azerbaycanrealligi.com