SON DƏQİQƏ! Paşinyan Minskdən Azərbaycana səsləndi: “Danışıqlara hazıram!”

17, 07, 20
21:21

SON DƏQİQƏ! Paşinyan Minskdən Azərbaycana səsləndi: “Danışıqlara hazıram!”


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki münaqişəni həll etmək üçün qarşı tərəfi sülh danışıqlarına çağırıb.

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda məlumatı Rusiyanın TASS agentliyi yayıb.

“Münaqişənin güc yolu ilə həlli və bölgəmizin bütün xalqlarının maraqlarına cavab verən dinc danışıqların alternativi yoxdur”, – Paşinyan  17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasında çıxışı zamanı bildirib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədinə hücum edib. Nəticədə Azərbaycan 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə itkilərini gizlədərək yalnız 4 hərbçisini itirdiyini bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın