Rusiyada həyasız erməni təxribatı: 1-ci kanal yaydı – VİDEO

06, 02, 21
20:00

Rusiyada həyasız erməni təxribatı: 1-ci kanal yaydı – VİDEO


Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Rusiya birinciliyində iştirak edən erməni əsilli Adeliya Petrosyanın timsalında ermənilər həyasız və əxlaqsız informasiya təxribatını davam etdirib.

Azerbaycanrealligi.com xəbər verir ki, Rusiyanın “Birinci kanal”ı ötən gün keçirilən yarışmada gümüş medal qazanan Adeliya Petrosyanın Ara Gevorkyanın “artsax kompozisiyası” altında ifa etdiyini yayıb, həm də sosial şəbəkə hesabında təqdim edib.

Onun rəqsi zamanı “artsax kompozisiyası”ndan istifadə etməsi əslində idmanın siyasiləşdirilməsi ilə bərabər, subliminal mesajdır. Hər şeydən öncə təşkilatçılar bu təxribatın qarşısını almalı idi.

Məsələnin daha həyasız və əxlaqsız tərəfi isə odur ki, “artsax kompozisiyası” kimi təqdim edilən bu musiqinin ümumiyyətlə erməni və ya Gevorkyana heç bir aidiyyəti yoxdur. Bu, böyük bəstəkarımız Fikrət Əmirovun məşhur “Qarabağ inciləri” kompozisiyasıdır. Dərhal əlavə edək ki, kompozisiya 1954-cü ildə bəstələnib və SSRİ dövründə patentləşdirilib.

Yəni ermənilər həyasızcasına oğurladıqları Azərbaycanın böyük bəstəkarının musiqisini “artsax” adı ilə sırımağa, həm də bununla mesaj verməyə cəhd edib.

Təəssüf ki, Rusiyada yarış təşkilatçıları buna şərait yaradıb, Rusiya kanalı isə bu əxlaqsız oğurluluğun siyasiləşdirilmiş motivdə təqdimatını həm də sosial şəbəkələrdə həyata keçirməkdədir.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın