Biləsuvarda Prezidentə xəyanət? - Ramil Həsənzadə kimdir?
Biləsuvarda Prezidentə xəyanət? - Ramil Həsənzadə kimdir?
Həbs edilən Mahir Quliyevin tənqidi media qoruyucusu Ramil Həsənzadə şöbə müdiri gətirilir - Biləsuvarda
Azerbaycanrealligi.com XəbərAl.az-a istinadən xəbər verir ki, 29 aprel 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Eks icra başçısı Mahir Quliyev saxlanılmışdı. Məhkəmənin qərarı ilə M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
Ölkənin bir neçə rayonunda icra başçılarının həbsi və istintaqa cəlb olunması insanlar tərəfindən böyük hörmətlə qarşılandı, o cümlədən də Biləsuvar rayonunda.
Biləsuvar sakinləri eks icra başçısı Mahir Quliyevin və onun pul yığanlarının əlindən zinhara gəlmişdi. Demək olar ki, Biləsuvar rayonunda işıqlı sabahlara yollar açıldı.
24 Avqust 2020-ci il Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Əslində, bu özəl təyinatdan ölkə əhalisi, o cümlədən Biləsuvar sakinləri çox şeylər gözləsə də, yenə Biləsuvar rayonunda “Köhnə hamam, köhnə tasdır”.
Həbs edilən eks İcra Başçısı Mahir Quliyevin təyin etdiyi kadrlar yenə də rayonda at oynadırlar.
Demək olar ki, zəhmətkeş Biləsuvar rayonu icra başçısı sarıdan bəxti heç vaxtı gətirməyib.
Necə deyirlər? Pulunu ver şəklini çəkdir!
Biləsuvardan verilən məlumata görə DTX tərəfindən xüsusi əməliyyat tədbiri ilə həbs edilən eks icra başçısı Mahir Quliyevin əsas kadrları yenidən vəsifələri biraz da yüksəlir, rayonu daha da bərbad hala salmağa rəvac verir.
Mənbə bildirir ki, Mahir Quliyevin ən yaxın silahdaşlarından olan, bir vaxtlar onu tənqidi medianın cəngindən canfəşanlıqla alan Ramil Həsənzadə Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə gətirilir.
Deyilənə görə, həbs edilmiş Mahir Quliyevin ən yaxın silahdaşı sayılan Ramil Həsənzadə yeni təyin edilmiş icra başçısı Faiq Qürbətovla da dil tapmağa nail olub, şöbə müdiri vəzifəsinə təyin olunmaq üçün razılıq alıb.
Ramil Həsənzadənin sənədləri şöbə müdirlüyünə təsdiq olunmaq üçün artıq Prezident Aparatına göndərilib.
Yaxın günlərdə Ramil Həsənzadə Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunacaq.
Çox qəribədir, Ramil Həsənzadə icra başçısı Faiq Qürbətovu necə raz salıb?
Əslində, Ramil Həsənzadənin hər hansı bir cinayətdə ortaq əli yoxdursa yenidən yüksək vəzifəyə təyin oluna bilər.
Sadəcə, əgər həbs olunan eks icra başçısı Mahir Quliyevin köhnə kamandası rüşvətə, korrupsiyaya yol açırdılarsa, onların nəinki vəzifələri daha da yüksəlməli, hətta vəzifələrindən azad olunmalıdır.
Bir sözlə, yeni təyin olunan icra başçısı rayonda islahat aparmalı, gənc kadrların yüksək səviyyə də işləməsi üçün şərait yaratmalıdır.
Axı prezident İlham Əliyev və Biləsuvar əhalisi Faiq Qürbətovdan rayonun inkişafı üşün prespektivli işlər gözləyir?!
Bu yazısından sonra Biləsuvar rayonu icra başçısı kadr seçimində yanılmayacaqdır.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
Azerbaycanrealligi.con