Yevlax Şəhər icra Hakimiyyəti: “Erməniyə iş verərəm, sənə vermərəm” ittihamını səsləndirən xanımın fikirləri, əsassızdır

06, 03, 21
18:28

Yevlax Şəhər icra Hakimiyyəti: “Erməniyə iş verərəm, sənə vermərəm” ittihamını səsləndirən xanımın fikirləri, əsassızdır


Azerbaycanrealligi.com saytında, 06.03.2021-ci il tarixdə, Yevlax RİH başçısının müavini Elnarə Əzizova tərəfindən xadimə işləmək istəyən xanıma deyilmiş, “Erməniyə iş verərəm, sənə vermərəm!” başliqlı yazı getmişdi. Yevlax şəhər sakini Nuranə Mustafayeva, icra başçısının müavini Elnarə Əzizovanın ünvana ittihamlar səsləndirmişdi.

Yevlax RİH sözçüsü, dərhal saytmızla əlaqə saxlayaraq, deyilən ifadənin və Nuranə Mustafayevanın söylədiklərinin tamamilə əsassız olduğunu bildirmişdir. Sonra, məsələ ilə bağlı şəhər icra hakimiyyətinin də sözü gedən yazıya mövqeyinin dərc edilməsini xahış etmişdir.

Beləliklə, Yevlax RİH-nin sözü gedən yazıyla bağlı münasibətini oxucularımızın diqqətinə çatdırırıq:

Saytınızda 06.03.2021-ci il tarixdə dərc edilən “Erməniyə iş verərəm, sənə vermərəm” adlı yazınızla əlaqədar bildirmək istəyirik ki, Yevlax şəhər sakini Nuranə Mustafayeva Şəhər İcra Hakimiyyətinə uşaq bağçalarının birində işlə təmin olunmaq üçün müraciət etmişdir. Uşaq bağçalarında hazırda vakant yer olmaması barədə ona dəfələrlə məlumat verilmiş, "özünəməşğulluq" proqramında iştirak etməsi və ya digər idarə, təşkilatlarda işlə təmin olunması üçün rayon Məşğulluq Mərkəzinə müraciət etməsi tövsiyyə edilmişdir. Lakin vətəndaş N. Mustafayeva heç bir təkliflə razılaşmamış, yalnız və yalnız kimisə işdən çıxarmaqla da olsa, bağçalardan birində işlə təmin edilməsini tələb etmiş, əks halda şikayət edəcəyini bildirmişdir. 

Mövqeyimizi obyektiv işıqlandırdığınıza görə minnətdarlığımızı bildiririk!

Azerbaycanrealligi.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)  

Bizimlə əlaqə saxlayın