FTX Lukaşenkonu öldürmək istəyən şəxsləri BELƏ SAXLADI - VİDEO

18, 04, 21
16:00

FTX Lukaşenkonu öldürmək istəyən şəxsləri BELƏ SAXLADI - VİDEO


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Belarusda hərbi çevriliş və ölkə Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlayan iki nəfəri saxlayıb.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, FTX Belarus Dövlət Təhlükəsizliyi Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat nəticəsində ABŞ və Belarus vətəndaşlığı olan Yuri Zyankoviç və Belarus vətəndaşı Aleksandr Fedutanı saxlayıb. Bu şəxslər Belarusda çevriliş və ölkə Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

Plana əsasən, Belarusda hərbi çevriliş mayın 9-da, Qələbə paradı zamanı baş tutmalı və hakimiyyət milli barışıq komitəsinin əlinə keçməli idi.

FTX adı çəkilən şəxsləri Moskva restoranlarından birində keçirdikləri görüşdən sonra saxlayaraq Belarus xüsusi xidmət orqanlarına təhvil verib.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın