Sevinc Osmanqızıdan növbəti açıqlama: “Qənimət Parkı əvəzinə "sülh göyərçini" düzəltmək olardı" — VİDEO

19, 04, 21
13:00

Sevinc Osmanqızıdan növbəti açıqlama: “Qənimət Parkı əvəzinə "sülh göyərçini" düzəltmək olardı" — VİDEO


"Hərbi Qənimətlər parkı, ümumiyyətlə bu qənimətlər var və göstərilməlidir. Mən də razıyam, amma bunun bir yolu tapılmalıdır. O, dünyaya hərb yox, məhz sülh mesajı verməlidir. Əgər mən öz təklifimi versəydim, deyərdim ki, həmin o, erməni güllələrini yığıb, bir yerdə ondan Bakı göyərçini düzəltmək olardı". 

Azerbaycanrealligi.com xəbər veri ki, bu fikirləri Osmanqızı TV-nin canlı efirində jurnalist Sevinc Osmanqızı deyib.

Jurnalist daha sonra bildirib:

"Sən düşmən üzərində qələbə qazanacaqsan, amma onu aşağılamaq nəyə gərək? Sən qalib tərəfsənsə, qalibin dili fərqli olmalıdır. Güclünün dili fərqli olmalıdır, o zəiflərdir həmişə dil uzatmağa çalışır. Ona görə də bu ideya üzərində hələ də işləməyin yeri var".

Sözügedən görüntüləri təqdim edirik:
 

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın