Ağ Ev başçısının tarixi qələti: Bayden Türkiyəni qoyub Kardaşyanı niyə tutdu?

25, 04, 21
17:00

Ağ Ev başçısının tarixi qələti: Bayden Türkiyəni qoyub Kardaşyanı niyə tutdu?


“Soyqırımı” tanıma qərarı Paşinyanı kapitulyasiyanı unutmağa həvəsləndirə bilər


ABŞ prezidenti Co Bayden saxta soyqırımı tanımaqla şəksiz ki, bölgədə Türkiyə, Azərbaycan və Ermənistanın iştirakı ilə çoxdan gözlənilən ədalətli və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərbə vurdu. Səbəblərini sadalayaq.

Çünki həmin qərar 44 günlük müharibədə “onurğa sütunu” qırılan erməni faşizminə, ermənilərin əsassız torpaq iddialarına yeni nəfəs verdi, Ermənistanda 6 aydır sakitləşməyən radikal-revanşist və barışmaz qüvvələrin, daşnakların “çörəyinə yağ sürtdü”, Türkə nifrəti daha da alovlandırdı. Xocalı soyqırımını, 1918-ci il mart qırğınlarını törətmiş bir millətə faktiki haqq qazandırmaqla onu Türk soyuna qarşı yeni-yeni terror aktlarına və qətliamlara, vəhşiliklərə və vandallıqlara ruhlandırdı. Kəssəsi, “açıq səmada şimşək” effekti yaratdı.

Guya müharibədən sonra Bakı və Ankaraya münasibətdə daha mötədil mövqe tutan Ermənistan iqtidarı da Türkiyə və Azərbaycana qarşı radikallaşmaq, tələblər qoymaq üçün unikal fürsət buldu. İndi Nikol Paşinyan hökuməti hətta savaşdakı kapitulyasiyanı da unutmuş kimi görünür. Belə olmasaydı, uydurma “genosid”in ildönümü günündə o, Fransa prezidenti, erməni yanlısı Emmanuel Makronla telefon danışığı zamanı artıq tarixə dönmüş Qarabağ məsələsi ilə bağlı çərənləməz, köhnə bayatıları səsləndirməzdi.
makron_pashinyan.jpg (56 KB)
Belə ki,  Ermənistan hökumətinin mətbuat xidmətinə verdiyi məlumata görə, söhbət zamanı N. Paşinyan yenə həyasızcasına “Qarabağ probleminin həllini müstəsna olaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılması (“Xilas naminə ayrılma”) prinsipi çərçivəsində gördüyünü” bildirib. “Ac toyuğun yuxuda darı görməsi” misalı yəni. Lakin istənilən halda, onun 10 noyabr sənədi ilə öz üzərinə götürdüyü öhdəliklərdən bundan sonra daha həvəslə yayınmağa çalışacağını gözləmək lazım gəlir...

Şübhə yox ki, N.Paşinyanın belə cürətlənməsi, əvvəlki sırtıq obrazına qayıtması xeyli dərəcədə Co Baydenin “soyqırım” deməsi ilə bağlıdır. Söz düşmüşkən, türkiyəli tanınmış yazar Taha Dağlı Baydenin məlum qərarını hər şeydən öncə onun “qərbyönlü” Paşinyana dəstək vermək istəyi ilə əlaqələndirib.

Sitat: “Bayden açıq şəkildə Nikol Paşinyana dəstək üçün “soyqırım” ifadəsini işlədəcək. ABŞ Paşinyanın Ermənistan iqtidarında qalması üçün nə lazımdırsa, edəcək. Rusiya üçün isə Paşinyan ən qısa müddətdə qovulmalıdır. Ermənistanda seçkilər olacaq və Paşinyan ABŞ prezidentlərinin illərdir söz verib tutmadığı o “soyqırım” hədiyyəsini alan baş nazir olaraq seçkilərə girəcək”.

Nikola və onun başdan xəstə soydaşlarına isə elə gəlir ki, sabah Bayden oxşar bəyanatla “artsax” məsələsində də “ədaləti” bərpa edəcək, “əzabkeş xalqı”n eşitmək istədiyi ifadəni bəyan edəcək. Amma biz Ağ Ev rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevə ötən Novruzda ünvanladığı məktubu yaxşı xatırlayırıq. Həmin məktub erməniləri bərk məyus eləmişdi. Ona görə ki, orada Bayden Qarabağla bağlı ermənilərin gözləntisini puç edərək, onların istəyinə uyğun heç bir ifadə işlətməmiş, əksinə, ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulamışdı.

Novruzla bağlı təbrik məktubunun göndərildiyi ərəfədə isə Vaşinqton hökuməti Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə barışıq yolu tutması tərəfdarı kimi çıxış eləmişdi. Yada salaq: Dövlət Departamentinin ABŞ və Ermənistan arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün 150 min dollar məbləğində qrant ayıracağı və həmin qrantın həm də İrəvanın Bakı və Ankara ilə barışığını ehtiva elədiyi məlum olmuşdu. “Söhbət həmçinin ermənilərin Türkiyə və Azərbaycan sakinləri ilə dostluq münasibətlərinin bərpasından gedir” – sənəddə vurğulanırdı. Yəni ayrılan qrant Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrinin qurulmasına da stimul verməli idi...
İndi bütün bunların üstündən Ağ Ev başçısının strateji müttəfiq Türkiyəni, Güney Qafqazın açar dövləti Azərbaycanı qoyub az öncə saxta soyqırımı tanımaq xahişi ilə ona müraciət eləmiş erməni porno-ulduzu

Kim Kardaşyanı tutması, sələflərindən heç birinin qol qoymadığı qələtə qol qoyması təəccüblə yanaşı, dərin təəssüf doğurur. Eyni zamanda, bu qoca prezidentin sağlam məntiqə və anlaqlığa sahib olub-olmadığı haqda şübhələrə yol açır...

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın