Rüstəm Behrudinin 17 yaşlı qardaşı oğlu intihar etdi

27, 04, 21
10:30

Rüstəm Behrudinin 17 yaşlı qardaşı oğlu intihar etdi


Ötən gün Bakıda intihar hadisəsi baş verib.

Azerbaycanrealligi.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
İsa Alməmmədov tanınmış şair Rüstəm Behrudinin qardaşı oğludur.

Rüstəm Behrudinin sözlərinə görə, intihara təhriklə bağlı bəzi şübhələri var:

“Ətrafı onu intihara təhrik edə bilər deyə şübhələr var. Bu barədə polisə məlumat vermişik”.

Şair bildirib ki, 17 yaşlı İsa çox ağıllı, savadlı bir yeniyetmə olub, heç vaxt valideynlərini və qohumlarını narazı salan bir hərəkəti olmayıb. 

Gəncin atası İlham Behrud Alməmmədov isə sosial şəbəkə hesabında "Namərd adamlar, siz mənim oğlumu öldürdünüz", - deyə, paylaşım edib. (Musavat.com)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın