“Bu, Paşinyana cavab idi” - Prezidentin Zəngilan səfərində verdiyi vacib mesajlar

28, 04, 21
16:00

“Bu, Paşinyana cavab idi” - Prezidentin Zəngilan səfərində verdiyi vacib mesajlar


"Prezident İlham Əliyəvin Zəngilana səfəri, verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı qətiyyətlə qeyd etdi ki, Zəngəzur Dəhlizi açılacaq və yollar çəkilir. Prezident qətiyyətlə bu məsələnin üzərində dayandığını göstərir. Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura səfər edərək, Mehri dəhlizi ilə bağlı yöndəmsiz açıqlama vermişdi. Bu, Paşinyana cavab idi".

Azerbaycanrealligi.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, Ermənistana cavabın dövlət başçısı tərəfindən birbaşa sərhəd istiqamətindən verilməsi revanşistlər üçün "soyuq duş effekti" yaradır:

"İkinci, dövlət başçısı Ermənistana xəbərdarlıq edərək, birdə atəş açılacaqsa, məhv ediləcək. Bu, Zəngəzur istiqamətindən Azərbaycan sərhədçilərinə erməni hərbiçilərinin atəş açmasına cavab idi.

Qeyd edim ki, Ermənistan Baş naziri Zəngəzur istiqamətində silahların alınması barədə göstəriş verib. Çünki növbəti təxribat Azərbaycanın cavabı kəskin olacaq. Bundan sonra Zəngəzurda yaşayan əhali buranı tərk etmiş olar. Bu da N. Paşinyan üçün seçki öncəsi çətin bir vəziyyətin yaranmasına səbəb olar".

"Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək və bu regional bu layihədir. Bu dəhlizin açılması Türkiyə və Böyük Britaniyanın da maraqlarına cavab verir", - deyə M.Əsədullazadə qeyd edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın