"Əli Kərimli partiyada olan müstəqil insanları gözdən salır" - VİDEO

19, 05, 21
10:00

"Əli Kərimli partiyada olan müstəqil insanları gözdən salır" - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi partiyasında partiya başqanı  Əli Kərimli və partiyanın Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev arasında gərginlik davam edir. Sonuncunun bildirdiyinə o görə O, məhkəmə qərarı ilə partiyada tutduğu vəzifəyə bərpa edilməsinə baxmayaraq onun partiyada fəaliyyətinə süni maneələr yaradılır. NTK sədri  onun partiyadan qanunsuz xaric edilməsinə səbəb kimi Əli Kərimlinin partiya daxilində avtoritar idarə etmə üsülunun tədbiq etməsini hesab edir.

Aydın Əliyev eyni zamanda partiyanın Ali Məclis sədri Nurəddin Məmmədlinin də saxtakarlığa yol verdiyini, onun partiyadan qanunsuz xaric edilməsi ilə bağlı qərarda adı keçməsində  baxmayaraq məsələdən xəbərsiz olan mərhumə, AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlı ilə yazışmalarını fakt olaraq təqdim edib. Xatırladaq ki, Aydın Məmmədovun partiyadan xaric edilməsi haqda protokolda adı olan AXCP qadınlar şurasının sədri  Solmaz Hüseynova haqda Nəsimi rayon məhkəməsinin sərhəd qoşunlarına göndərdiyi sorğuya gələn cavab əsasında məlum olmuşdur ki, adı çəkilən xanım protokol tərtib olunan tarixdə adı protokolda qeyd olunmasına baxmayaraq Azərbaycanda olmayıb.

Ən sonda isə məsələ ilə bağlı partiya sədri Əli Kərimli ilə partiyanın rəyasət heyyətinin üzvü İradə Nəriman arasında olan danışıqların səs yazısı yayıldı.  Səs yazısında Kərimli İradə Nərimandan köhnə tarixlə Aydın Əliyevə qarşı sənədlər hazırlanmasını və bunu nizamnaməyə uyğun etməsini istəyir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın