Təcili: Göyçayda kəndlilər yolu bağladı - VİDEO

26, 05, 21
09:28

Təcili: Göyçayda kəndlilər yolu bağladı - VİDEO


Göyçay rayonu Ləkçıplaq kəndi rayon icra hakimiyyəti və onun kənd nümayəndələri həll yolu ortaya qoyacağına, xalqı provakasiya etməkdə çox maraqlı görünürlər. Kənd icra nümayəndəsi elə çığırır ki, sanki bu TƏYİN OLUNMUŞ deyil, SEÇİLMİŞDİR. Hətta "deputat sizin yerinizə mal satan deyil" deməklə, saxta yolla seçtikləri Sabir Hacıyevi müdafiyəyə belə çalışırlar.

Bəyəm deputat yalnız parlamentdə oturmaq üçün seçilir? Bu həll yolu deyil yoldaşlar! Bu camaat kredit götürüb, əkin əkib, yetişdirib. Bunu ixrac etməyə yardım etmək məhz vəzifənizdir. Onların verdiyi vergilərlə, xidmət göstərəsiniz deyə əmək haqqı alırsınız. Xidmətinizi göstərin. 30 tonluq fura xərcləri qarşılanaraq malın maya dəyəri aşağı çəkilə bilər.

Bu xərcə qarşılıq rayon ÜDM-ni artıracaq pul kütləsi nəzərə alındığında bu edilməlidir. Azpromo, Asan Abad kimi qurumlar vasitəsiylə yaxın şərq, orta asiya vs bazarları da mümkündür. Dövlətin resurslarını ora tökməkdənsə savadlı işləmək lazımdır. Xalq boşuna ora yığılmayıb.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın