Bakıda tikinti şirkəti ilə sakinlər arasında qalmaqal - VİDEO

01, 06, 21
11:00

Bakıda tikinti şirkəti ilə sakinlər arasında qalmaqal - VİDEO


Bakının Nəsimi rayonu, Abbas Səhhət küçəsində sakinlərlə tikinti şirkəti arasında qalmaqal yaşanır.

Belə ki, qeyd edilən ünvanda “Anima” MMC yə məxsuz “Capital City” tikinti şirkəti yeni bina inşa etmək istəyir. Lakin sakinlər şirkətin verdiyi təkliflərlə razı deyillər.

Narazı vətəndaşlar deyirlər ki, şirkət onların evini söküb, əvəzində bina təhvil veriləndən sonra mənzil veriləcəyini vəd edir. Lakin vətəndaşlar binadan ev yox, onları qane edəcək kompensasiya tələb edir. Şirkətin verəcəyi kompensasiya isə sakinləri heç cür razı salmır.

Azerbaycanrealligi.com xəbər verir ki, "Musavat TV" yə danışan sakinlər bildirirlər ki, şirkət onlara heç bir xəbərdarlıq etmədən evlərinin qarşısına hasar çəkməyə çalışır. Etiraz edəndə də təzyiqlərlə üzləşirlər.

Sakin Famil Abdullayev deyir ki, narazılıq bildirərkən özünü şirkətin işçisi kimi təqdim edən bir nəfər vətəndaşlara qarşı kobudluq edərək, onları nalayiq ifadələrlə təhqir edir.

İnci Muradova tikinti şirkətiylə müqavilə bağlayan sakinlərdəndi. O, deyir ki, şirkətlə iki illik müqaviləsi var. Lakin həmin müqavilənin bitməyinə artıq 5 ay qalıb. Amma hələ binanın fundamenti belə qoyulmayib.

Bütün bu hadisələrlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də məsələyə heç bir reaksiya verilmir.

Edilən şikayətləri nəzərə alıb, qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Şirkətin əməkdaşı Kamil Məmmədov bildirdi ki, sakinlərin etirazı əsassızdır. "Onlar real olmayan təkliflər irəli sürürlər. Bu da bazar qiymətinə uyğun deyil. Onlara yeni tikiləcək binadan mənzillər təklif edirik. Hər ay da kirayə pullarını ödəyəcəyik. Lakin sakinlərin bir neçəsinin razılaşmaması səbəbindən tikintini başa çatdıra bilmirik."


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın