Kəlbəcərdə atışma olub? - Müdafiə Nazirliyi açıqlama yaydı

06, 06, 21
11:43

Kəlbəcərdə atışma olub? - Müdafiə Nazirliyi açıqlama yaydı


Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır”, - deyə Vaqif Dərgahlı qeyd edib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın